Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR!
"Şikayətim Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda qeyri-rəsmi çalışan rezident Ağa Mirməhəmməd Mirhaşım oğlundandır. 16.12.2022-ci il, 21:30 radələrində yoldaşım Ceyhun Heydərov avtomobil qəzası keçirmiş elə həmin gün Travmatologiya İnstitutuna müraciət etmişdir. İlkin baxış və rentgen müayinələrindən sonra özünü həkim kimi təqdim edən Ağa Mirməhəmməd rentgen nəticələrini düzgün oxuya bilməmiş və yoldaşımı arxayın edərək heç bir sınıq olmadığını, əzilmə və sıyrıq olduğunu demiş, xəstəni evə yola salmışdır". DİA.AZ bildirir ki, bu sözlər şikayətçi Gülyaz Əbilova-Heydərovanın müraciətində yer alıb.
Narazı vətəndaş daha sonra bildirir: "Bir neçə gün sonra ayağın göyərdiyini və şişdiyini gördüyümüz üçün yenidən Travmatologiya İnstitutuna müraciət etmişik. Bu dəfə bir digər həkim travmatoloq 16.12.2022-ci ildə çəkilmiş elə həmin rentgen nəticələrinə baxaraq ayağın topuq nahiyəsində sınıq olduğunu aşkar etmiş. Təkrar KT müayinəsi etdirmiş və sınıq olduğunu tam dəqiqliklə təsdiqləmişdir. (Eyni zamanda tam əmin olmaq üçün özəl klinikalardan birinə də müraciət etmişik)
Sınıq ilk gün Ağa Mirməhəmməd tərəfindən aşkarlanmadığı və dəqiq diaqnoz qoyulmadığı üçün sınıq yerdəyişmiş və nəticədə yoldaşım Ceyhun Heydərov 30.12.2022-ci ildə əməliyyat keçirmişdir.
Əməliyyatdan bir neçə gün sonra Ceyhun Heydərov çox sakit və təmkinli bir şəkildə həmin şəxslə əlaqə saxlayıb, etdiyi səhvin nəticələrini özünə bildirmək istəyərkən şəxs-Ağa Mirməhəmməd Mirhaşım oğlu həkim peşəsinə və insanlığa sığmayan ifadələr işlədərək xəstəni təhqir edir, hədələyir, videodan da gördüyünüz kimi kriminal avtoritet kimi danışır, xəstəni və yaxınlarını "görüş"ə dəvət edir. Zərərçəkmişə "Sənin əməliyyat olunmuş ayağını sındıraram (gerisini ifadə etməyə tərbiyəm yol vermir)" deyir. Ailə böyüklərimiz onunla əlaqə saxlamaq istəyərkən yenə eyni tərzdə hədə-qorxu gəlir, asıb-kəsməklə hədələyir.
Qeyd edim ki, yoldaşım Tip 2 Diabet olduğunu üçün əməliyyat və sonrakı proses çox çətin və həyəcanlı keçdi. Əgər həmin gün doğru diaqnoz qoyulsa zərərçəkmiş əməliyyat olunmayacaqdı. Hələ də xəstə sağalmayıb.
Bu insan isə etdiyi səhvi etiraf edib üzrxahlıq etməksəndə, küçə ifadələri işlədir.
Bu şəxs hal-hazırda International Medical Center klinikasında travmatoloq-ortoped kimi çalışır. Diqqətli olun və tanıyın.
Yazdığı tövsiyə vərəqəsində isə nə adını doğru qeyd edib nə də nömrəsi var.
Qeyd edim ki, bu haqda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun rəhbərliyinə və

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə yazılı şəkildə rəsmi müraciət etsək də hələ heç bir nəticə əldə edə bilməmişik".

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1678339422_7.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1678339424_6.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1678339424_5.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1678339426_4.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1678339427_3.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1678339428_2.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1678339429_1.jpg
 
 
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti