Xəbər verdiyimiz kimi Azərbaycan əhalisi Türkiyədə zəlzələdən zərər çəkmiş əhali üçün yardım kampaniyasına davam edir.
Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə Babək prospektindəki iri körpünün altında yardımların yığılması ilə bağlı izdiham yaşanır.
Sosial şəbəkələrdə yayılan video görüntülərə əsasən soydaşlarımız yardımların Türkiyəyə yola düşəcək yük avtomobillərinə daşınmasında fəal iştirak edirlər.
Qeyd edək ki, günün səhər saatlarından etibarən sözügedən ərazidə yerləşən “Doğtaş” mebel mağazasına daşınan yardımlardan mağazanın zirzəmiləri dolub, soydaşlarımız yardımları Babək prospektindəki iri körpünün altına toplamağa başlayıblar.