Yevlax rayonunun Salahlı kəndində yaşayan Xəlilov Alı Lətif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, anadangəlmə sümük xəstəsi olan 7 yaşlı qızına ayrılan müavinət kəsilib:
“7 yaşlı qızım anadangəlmə sümük xəstəsidir. Özü-özünü tam idarə edə bilmir. Anası geyindirir, yedizdirir. Boyun nahiyyəsi tam əyilib, belində şişlər əmələ gəlib. Bu vəziyyətinə görə 3 il pensiya alıb. Lakin artıq 6 aydır ki, pensiyası kəsiblər. Ailədə heç kəs işləmir, kasıb ailəyik, çox çətin vəziyyətdəyik.
Oktyabr ayında komissiyadan keçmişik, bizə imtina cavabı gəlib.
Sizdən xahiş edirik, bu məsələni işıqlandırın, bəlkə səlahiyyətli qurumlar bizə qarşı haqsızlığın aradan qaldırılmasına kömək olarlar”.
XalqXeber.Az