Türkiyədə təriqət başçısı Müslüm Gündüz xain fikirlər səsləndirib. O deyib ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonra növbə Türkiyəyə çatacaq. TEREF Sondakika-ya istinadən xəbər verir ki, Gündüz “İnşallah növbə bizə çatar”, – deyərkən, jurnalist Sedef Kabaş “Bu gecə evinə polis basqını olubmu?” – deyə soruşub. Görünür ki, qardaş ölkədə belə bədxah qüvvələr var. Halbuki Ərdoğan iqtidarı Suriyada zülmə qarşı mübarizəyə dəstək verib və suriyalı qaçqınlara kömək edib.