Praktikada Əmək Məcəlləsinin bu maddəsi bir çox hallarda düzgün tədbiq olunmur və işçilərin əmək hüquqları pozulur. Tərəflər Əmək müqaviləsi bağlayarkən Əmək Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulan qaydada razılığa gələrkən 2 şərtə mütləq əməl edilməlidir, hətta qarşılıqlı razılıq əsasında olsa belə. Əks halda bu razılaşmanın hüquqi əsası olmayacaq. 1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin "yalnız" Əmək Məcəlləsində nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Yəni, bu əmək münasibəti Əmək Məcəlləsi və ya digər normativ hüquqi aktlarla tənzimlənməsin. 2. Qarşılıqlı razılaşma bağlanılarkən işçilər üçün Əmək Məcəlləsi ilə nəzərdə tutulan hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Azər Quliyev. TEREF