Daha bir ailə dövlət qayğısından MƏHRUM OLDU
DİA.AZ: - Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, döngə 1, ev 11 A-da yaşayan Qasımova Əfsanə Yasəf qızı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab nazir, bir neçə ildir 7 nəfərdən ibarət olan ailəm ünvanlı sosial yardım alır. Sonuncu müraciətim 01.02.2023-cü il tarixində etdiyimiz müraciətə 898,88 AZN ÜDSY təyin olunmuşdu. Lakin may ayında aldığımız bu sosial yardım dayandırılıb. Sosial yardımın dayandırılmasının səbəb kimi «Təyinatdan sonra əmək müqaviləsinə xitam verilərsə növbəti bir ay ərzində növbəti əmək müqaviləsi bağlanmarsa» göstərilmişdir.

Ailəmə təyin olunmuş sosial yardımın dayandırılması əsassız və qanunsuzdur. Belə ki, ailəmizdə beş yatkinlik yaşına çatmayan uşaq var. Bunlardan 3-ü səkkiz yaşına çatmayan üçəm uşaqlardir və iki yaşları yanvar ayında tamam olub. Ailəmizin əmək qabiliyyətli üzviləri mən və həyat yoldaşım Nəcəfov Rövşən Natiq oğludur. Mənim pay torpağı əmlakım var. Həmin pay torpağını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron sisteminin «Sığorta» altsistemindən qeydiyyatdan keçirdərək SUN nömrəsidə almışam. Buna görədə mən işsiz sayılmıram, məşğul şəxs hesab olunuram. Həyat yoldaşım isə bir müddət idi muzdlu işçi kimni çalışırdı. Bu ilin mart ayında həyat yoldaşımın muzdlu işçi kimi bağladığı əmək müqaviləsinə xitam verilib.İmtinaya səbəbdə onun əmək müqaviləsinə xitam verilərək bir ay ərzində növbəti əmək müqaviləsi bağalmasıdır.

Lakin verilmiş bu səbəb əsassızdır və boş bəhanədir. Çünki ailəmizdə üç iki yaşı təzə tamam olmuş üçəm uşaq var. «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında göstərilib ki, ailədə səkkiz yaşına çatmayan uşaq varsa həmin uşağa qulluğa görə ailənin əmək qabiliyyətli üzvinin birinə güzəşt olunur. Yəni ailənin həmin üzvinin işləməsi tələb olunmur. Bu qanuna əsasən mənim həyat yoldaşımın işləməsi məcburi deyil Onun işləyib-işləməmsi özündən asılıdır. Biz fevral ayında sosial yardım almaq üçün elektron qaydada etdiyimiz müraciətdə həyat yoldaşımı səkkiz yaşına çatmayan üçəm uşaqlara qulluq edən şəxs kimi göstərmişik. Elektron sistemdən çıxarılmış şəkli bu ərizəmə əlavə edirəm Həmin şəkildən görünür ki, həyat yoldaşım səkkiz yaşına çatmayan uşaqlara qulluq edən şəxs kimi göstərilib. Ona görədə Sizin rəhbərlik etdiyiniz nazirliyin ailəmin sosial yardımın verilməsinin dayandırılması haqqında verdiyi qərar qeyri-qanunidir.

Cənab nazir, mən mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm məni şəxsən özünüz qəbul edin. Çünki ailəmin ərzağı üçün yeganə gələn pul sosial yardım idi. Oda artıq kəsilib.Bir neçə dəfə nazirliyin 142 çağrı mərkəzinə zəng etmişəm. Hər dəfə şikayətimi dinləyib, qeydiyyata alıb Sizə çatdırmaq əvəzinə əsassız imtinanı müdafiə edirlər. Çağrı mərkəzi ona görə yaradılıb ki, vətəndaşlar şikayətlərini desinlər.Amma 142 çağrı mərkəzi şikayəti dinləmək əvəzinə müdafiə edirlər. Ona görədə bilirəm ki, məni nazirliyin aşağı vəzifəli şəxslərdən hansısa qəbul etsə çağrı mərkəzinin işçiləri kimiimtinanı müdafiə edəcək. Ona görədə Sizdən bir daha xahiş edirəm məni şəxsən özünüz qəbul edəsiniz. Əks halda nazirliyin qarşısında yandıraraq özümə qəsd edəcəm. Çünki ailəmin sosialı kəsilib. Beş azyaşlı övladımın ac qalmasının şahidi olmaqdansa, özümü öldürsəm ondan yaxşıdır..."

Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxslərin mövqeyini işıqlandırmağa hazırıq...
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi
23 Noyabr 2024 “Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ
23 Noyabr 2024 Lerik sakini əlilliyə görə müavinətinin səbəbsiz yerə kəsildiyini İDDİA EDİR – ŞİKAYƏT
23 Noyabr 2024 “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
22 Noyabr 2024 26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22 Noyabr 2024 Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
22 Noyabr 2024 Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti