İnam Kərimov Qarabağ qazilərinə SAHİB ÇIXACAQMI? -
"Məhkəmə - hüquq sistemində, özəlliklə inzibati məhkəmə sahəsində özbaşınalıq, qeyri-prosessuallıq, icra hakimiyyətindən buyruq gözləmək, məhkəmə təcrübəsinin vahidliyi prinsipinin pozulması Prezidentin 03.04.2019 -cu il tarixli “Məhkəmə- hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanından sonra daha da “dərinləşib”". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Elə bil , fərman verilib ki, vətəndaşların Konstitusiyanın 60-cı maddəsi ilə doğrulanan inzibati və məhkəmə təminatı hüququna iddianın mümkün sayılmaması haqqında qərardadla qadağa qoyulması məhkəmə təcrübəsinin vahidliyi prinsipini təşkil etsin! (?) Halbuki məhkəmə təcrübəsinin vahidliyi prinsipinə görə, İDDİANIN MÜMKÜN SAYILMAMASI HAQQINDA QƏRARDAD, YENİDƏN MÜMKÜNLÜK ŞƏRTLƏRİNƏ ƏMƏL ETMƏKLƏ, EYNİ PREDMET ÜZRƏ İDDİA QALDIRMAQ İMKANINI İSTİSNA ETMİR. Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 saylı qərarının 8.3 bəndində belə yazılıb.
Prezident . sözügedən fərmanının 3.2 bəndi ilə Ali Məhkəməyə və Məhkəmə Hüquq Şurasına tövsiyə edib, Ədliyyə Nazirliyinə tapşırıb ki, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının SABİTLİYİNİ və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını tətbiq etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin VAHİD MƏHKƏMƏ TƏCRÜBƏSİ formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin İCRA EDİLMƏSİ mexanizminin təsbit edilməsinə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər. 4 il -24 iki ay keçib hələ də iddianın mümkün sayılmaması haqqında Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019-cu il tarixli qərardadı Azərbaycan Respublikasının inzibati məhkəmə sistemində Konstitusiya aktı kimi qüvvədədir. Görəsən, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası , Ədliyyə Nazirliyi Prezidentin tövsiyəsinə, tapşırığına necə əməl edib ki, hələ də Bakı İnzibati Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsinin , Ali Məhkəmənin İnzibati Kollegiyası, hətta Konstitusiya Məhkəməsi “Şəki dövləti” adından” 4 il qabaq Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilovun keçmiş həmkarı İlqar Cabbarova qəbul etdirdiyi saxta 15.02.2019-cu il tarixli iddianın mümkün sayılmaması haqqında qərardadı ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanun kimi tətbiq edir? !
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət heyətinin tərəflərin hüquq bərabərliyi, çəkişmə prinsipinə əməl etməkdən imtinasından sayılı günlər keçir. Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun bir illik süründürməçiliyinə hüquqi qiymət vermək əvəzinə, yuxarı instansiya özü də süründürməçiliklə, hüquq bərabərliyi, məhkəmə təcrübəsinin vahidliyi prinsipini pozmaqla məşğuldur. Yuxarı instansiya məhkəməsi bilmir ki, prosessual müddət şikayətin məhkəməyə daxil olduğu yox, rabitə orqanına verildiyi vaxtdan sayılır. Aşağı – yuxarı məhkəmə hakimləri bilmir ki, prosesin istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur, iddianın mümkün sayılmaması haqqında qərardad yenidən eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir, iclasının protokolu olmayan məhkəmə aktının ləğvi mütləqdir? ! Yoxsa 1-ci dərəcəli Qarabağ qazisinə ilgidə qərəz sərgiləyirlər? Axı məhkəmə icraatında qərəz, ədalətsizlik, tərəfgirlik yolverilməzdir! Təsəvvür edin, Orxan Həsənovun 8 ay mümkünlük adı ilə süründürməçilikdən sonra üç dəqiqəlik hazırlıq iclasında (İPM-ə görə, hazırlıq icraatında mümkünlük məsələsi həll olunmur) iddianın mümkün sayılmaması haqqında qəbul etdiyi qərardadda nə iclasın protokolu var, nə iclas katibinin və cavabdehlərin nümayəndələrinin adı. Belə savadla necə hakim seçilməni bir qırağa qoyaq, bəs yuxarı məhkəmə? Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifov üçlüyü niyə aşağı instansiyanın qanunsuzluğunu, özbaşınalığını müdafiə edir? Niyə vəkil Əlirza Həbilovun VK-dakı vəzifəsindən sui-istifadə etməklə DİN-in adından məhkəməyə göndərdiyi 3 ilin vəkili Orxan Qılman oğlu Babayev DİN-in nümayəndəsi kimi qəbul edilir, amma 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılmasından imtina edilir? Tərəflərin hüquq bərabərliyi prinsipinə belə əməl edilir? Protokolu olmayan işi ləğv etmək yerinə, qıraqdan sifarişlə apellyasiya baxışından çıxarmaq hansı hüquqdan soraq verir?
Ali Məhkəmənin yeni sədri İnam Kərimovun Prezidentin tövsiyəsinə sözdə yox, işdə əməl edəcəyinə inam böyükdür. Kənd quzusuna göstərilən diqqət və qayğıdan Qarabağ qazilərinə pay düşmür? Qazinin məhkəmədən istəyi yalnız obyektivlik , qərəzsizlik, məhkəmə təcrübəsinin vahidliyi prinsipinə əməl edilməsidir.
Hələ ki, hakimlərin iddiaçı qaziyə ağzını açmağa imkan vermədən birinci sualı “ŞƏKİ İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİNİN 15.02.2019-CU TARİXLİ QƏRARDADININ ÜZƏRİNƏ QOYDUĞU “ÖHDƏLİK” barədədir. Vay o günə “yox” deyəsən, yenə də iddianın mümkünsüzlüyü ilə məhkəmə təminatı hüququnun mümkünsüzlüyü qüvvədə olacaq.
P. S. Vurğulamaq yaddan çıxıb ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019 tarixli iddianın mümkün sayılmaması haqqında qərardadı iş üzrə tərəf olmayan inzibati orqanların da əsas sübutu, normativ hüquqi aktı rolunu oynayır. “Şəki dövləti” adından qəbul edilən qərardad DİN-ə qarşı olduğu halda, Bakı İnzibati Məhkəməsi (Orxan Həsənov ) və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifov) ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının da bu “Konstitusiya aktı”ndan yararlanması təcrübəsini tətbiq edib . Qalır Ali Məhkəmə..."

Yazıda iddia olunanlarla bağlı TEREF.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi
23 Noyabr 2024 “Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ
23 Noyabr 2024 Lerik sakini əlilliyə görə müavinətinin səbəbsiz yerə kəsildiyini İDDİA EDİR – ŞİKAYƏT
23 Noyabr 2024 “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
22 Noyabr 2024 26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22 Noyabr 2024 Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
22 Noyabr 2024 Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti