Bu Novruz nədən əfv olmadı?
Azərbaycanda son illər əksər Novruz bayramları ərəfəsində verilən əfv sərəncamları ilə bağlı gözləntilər bu il özünü doğrultmadı. Halbuki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası bu il yanvarın 12-dən öz iclaslarını bərpa etmişdi. Sonuncu belə iclas da martın 14-də gerçəkləşmişdi. Ona görə də bəzi yerli sayt və sosial şəbəkələrdə Novruz bayramı öncəsi Azərbaycanda növbəti əfv sərəncamının veriləcəyi ilə bağlı gözləntilər ifadə edilirdi.

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Turan”a bildirib ki, bu il 10 iclas keçiriblər: “Bütövlükdə 1300-dən artıq müraciətə baxılıb və müvafiq rəylərin hazırlanması barədə qərarlar qəbul olunub”.

Onun sözlərinə görə, Əfv Komissiyanın iclasları geniş müzakirə formasında keçirilir: “Hər bir daxil olan müraciətə əsaslı yanaşılır və hərtərəfli, obyektiv yanaşma tətbiq edilir. Bunun üçün Əfv Komissiyasının iclaslarında hər şərait yaradılır. Hər kəs öz fikrini söyləmək imkanına malikdir. Bəzi hallarda iclaslarımız dörd saata qədər davam edib. Bu da onu göstərir ki, müzakirə mühiti yüksək səviyyədədir və hər şəxsə çox diqqətli münasibət göstərilir”.

Nuriyev deyib ki, komissiyanın iclasları aprel ayı ərzində də davam edəcək: “Düşünürük ki, may ayında növbəti əfv sərəncamı verilə bilər. Əlbəttə ki, əfv sərəncamı Heydər Əliyevin anadan olmasından 100 illiyi münasibətilə həyata keçirilən tədbirlərin sırasındadır”.

Əfv sərəncamına kimlərin düşüb-düşməməsi məsələsinə gəlincə isə, o bildirib ki, son qərarı dövlət başçısı verir: “Ona görə də bəri başdan fikir söyləmək etik baxımından düzgün olmaz. Həm də hər bir daxil olan müraciətlərin şəxsi məlumat olduğunu nəzərə alaq”.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Zəfər Əhmədov da AzadlıqRadiosuna bildirib ki, növbəti əfv sərəncamının veriləcəyi gözləniləndir: “Amma neçə nəfərin, hansı şərtlərlə azad olunması ilə bağlı nəsə söyləmək çətindir”.

Onun sözlərinə görə, indiki şəraitdə siyasi məhbusların dəqiq sayını demək çətindir: “Hazırda cəmi bir dənə siyasi məhbusların siyahısı var və biz bu siyahıya istinad edirik. Həmin siyahıda 90-dan artıq ad var”.

Amma hüquq müdafiəçisinin vurğulamasına görə, son dönəmlər həbs olunan bəzi şəxslərin adları ora, hələlik, əlavə edilməyib: “Azərbaycanda istintaqın və məhkəmələrin vəziyyəti elədir ki, həbs olunanların çoxunu elə siyasi məhbus hesab etmək olar. Ona görə də say haqqında danışmaq çətindir”.

Əhmədovun düşüncəsinə görə, Azərbaycanda siyasi məhbus problemi həll edilməyəcək: “Avtoritar rejimlərdə, diktaturalarda hakimiyyətin siyasətinə qarşı müqavimət varsa, istər-istəməz siyasi məhbuslar da yaranır. Yəni avtoritar rejimlər üçün siyasi məhbusların olması təbiidir. Hakimiyyətin indiki xarakterinə və davranışına baxıb heç kim deyə bilməz ki, siyasi məhbus problemi həll olunacaq”.

Azərbaycanda son əfv sərəncamı ötən il mayın 27-də-Müstəqillik Günü ərəfəsində verilib. Sərəncam 210-dan çox şəxsə şamil edilib, onlardan 170-ə qədəri azadlığa çıxıb. Əfv olunanlardan təqribən 20-si siyasi məhbus sayılan şəxslər olub. Hərçənd, Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı rəyləri bölüşmürlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Bölmənin digər xəbərləri

15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
12 Noyabr 2024 Pensiyalar artırılacaq - Nazirdən şad xəbər
12 Noyabr 2024 DÜNYANIN NÜFUSU 8.04 MİLYARA ULAŞTI. DÜNYANIN BÜYÜK FOTOĞRAFINDA EPEY DEĞİŞİKLİK VAR…
11 Noyabr 2024 Azərbaycanda bu şəxslərə güzəştlə torpaqlar veriləcək – Yeni qanun qəbul edildi
10 Noyabr 2024 Pensiyaçılara da nəqliyyatda güzəştli kartlar veriləcək? - Deputat
10 Noyabr 2024 Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?
09 Noyabr 2024 Maşın almağa imkanı olmayanlara MÜJDƏ
08 Noyabr 2024 Maaş və pensiyalarla bağlı müjdə - Büdcədən vəsait ayrıldı
07 Noyabr 2024 Uşaq evlərində nöqsanlar aşkarlanıb, cəzalandırılanlar var, amma...
07 Noyabr 2024 "Elə məhəllələr, məscidlər, pirlər var ki, suyu, yolu yoxdur... - Pulu bu problemlərin həllinə xərcləmək daha əlverişli olar"
06 Noyabr 2024 Qaz limi ləğv olunur?
06 Noyabr 2024 Pensiylar vaxtından əvvəl ödəniləcək?
05 Noyabr 2024 BAŞ SƏHİFƏ HAQQIMIZDA SİYASƏT SOSİAL ÖLKƏ İÇİ KRİMİNAL DÜNYA GÜNDƏM MEDİA ŞOU-BİZNES Müəllimlərə ŞAD XƏBƏR - Təhsil kartları veriləcək, güzəştlər olacaq
05 Noyabr 2024 COP29 ərəfəsində ölkədaxili turizm - “Hotellərdə süni qiymət artımları...” VİDEO
05 Noyabr 2024 Əmək müqaviləsi bağlanılarkən bu şəxslərə sınaq müddəti təyin edilmir
04 Noyabr 2024 Həftədə 5 gün işləyək, yoxsa 4 gün?

Dünyapress TV

Xəbər lenti