Pəhləvi Azərbaycanı təmsil edə bilməz – Kəmrani
Münhen Təhlükəsizlik Konfransına bu dəfə İran rəsmiləri dəvət olunmadı. Bu onu göstərir ki, İranı iqnor edirlər. Konfransda İrana dair bəzi məsələlər müzakirə olundu. Əsas müzakirə predmeti İranın nüvə silahı, Ukraynadakı müharibədə PUA-ları göndərməklə Rusiyaya yardım etməsi və ölkədəki etirazlar idi. Bu konfransa İranla barəbər Rusiya da dəvət olunmayıb. Bununla da həm Rusiyaya, həm də İrana münasibət ortaya qoyuldu.

Bu sözləri Axar.az-a (Güney) Azərbaycan Mərkəz Partiyasının üzvü Elyar Kəmrani Münhen Konfransı ilə bağlı danışarkən deyib.

O bildirib ki, İranın Rusiyaya yardımı Qərb ölkələrini çətin vəziyyətdə qoyub:

“Avropa Birliyi, açıq desək, İranla alverdədir. Rejimin dəyişməsini istəmir. Onlar İranı masa arxasına gətirib, danışmaq istəyirlər. Əsl məsələ budur ki, orada gedən danışıqlarda etirazlardan daha çox, nüvə proqramı və Ukrayna məsələsinin müzakirəsi diqqət çəkdi. Bu isə onu göstərir ki, Qərb İranın nüvə məsələsinə görə daha çox narahatdır, nəinki İrandakı qeyri-demokratik sistemdən”.

Konfransa Mərkəz Partiyasının dəvət almadığını deyən Elyar Kamrani müxalifət nümayəndəsi kimi Rza Pəhləvinin olmasının daha çox diqqət çəkdiyini bildirib:

“Rza Pəhləvi bütün İran müxaliflərinin nümayəndəsi sayılmaz. Onu konfransa dəvət etmələri bəzi güclərin tövsiyəsi ilə baş tutub. Bu isə Qərbin İranın daxilindəki reallıqdan nə qədər xəbərsiz olduğunu göstərir. Pəhləvini dəstəkləməklə yalnız İranın bir qisminə təzyiq göstərə bilər, amma hamısına təzyiq edə bilməz. İranda əksəriyyət Pəhləvinin ordakı iştirakından narazıdır. Buna da etiraz edirlər. O, İrandakı narazıların hamısının adından danışa bilməz”.

O, həmçinin, İranda yaşayan xalqların haqlarının konfransda müzakirə mövzusu olmadığına toxunub:

“Oradakı danışıqlarda İranda yaşayan millətlərin haqqı ilə bağlı müzakirələr yox idi. Onların da təbii haqları, aktiv fəaliyyətləri və mübarizləri vardır. Bunları nə Qərb görür, nə də Pəhləvini dəstəkləyən güclər. Pəhləvi səltənətçiləri və bir sıra insanları təmsil etdiyi üçün onu alternativ olaraq görmürük. Qərbin İrandakı qeyri-fars millətlərin haqqına hörmət etmir. Hətta konfransda da bütün söhbətlər oldu, lakin qeyri-farsların haqqından danışılmadı. Pəhləvi əvvəlki çıxışlarında danışdığı kimi, ancaq ümumi olaraq, birlikdən söz açırdı. Birlik isə yalnız öz yaxınları və müşavirləri ilə deyil, bütün spektirlərlə, hər kəslə ola bilər. Mediadan və konfransdan izlədiyim qədəri ilə onun bir kəlməsində Cənubi Azərbaycan sözü yox idi. Əslində onların etiqadlarında Cənubi Azərbaycanın mənası yoxdur. Nə onlar bizi, nə biz onları rəsmi olaraq tanıyırıq. Keçən illərdə ondan ana dilində təhsil ilə bağlı fikrini soruşanda, məsxərə və zarafat adlandırdı. Bəziləri deyir ki, onun anası azərbaycanlıdır, o bizə yardım edər. Yox, onun anası nə qədər azərbaycanlıdırsa, bir o qədər də Xamenei türk sayıla bilər. İkisinin də Azərbaycana necə xəyanət etdikləri hər kəsə bəllidir”.
 
 
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər
13 Aprel 2025 Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı-FOTO
12 Aprel 2025 Ərdoğanla əş-Şara görüşdü
12 Aprel 2025 Dünyanın diqqəti İstanbulda: Məxfi sənədlər qaytarılır, qərar dəyişəcək
11 Aprel 2025 Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər
11 Aprel 2025 Lukaşenko: Qərb ölkələrində heç vaxt demokratiya olmayıb

Dünyapress TV

Xəbər lenti