İki ölkə arasında gərginlik pik həddə çatdı -
ABŞ müdafiə nazirinin müavini Maykl Çeysin Çinlə suverenlik münaqişəsində olan Tayvana səfər etdiyi iddia edilib.

Musavat.com xəbər verir ki, Financial Times-ın nazirlikdəki adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Çinlə bağlı məsələlər üzrə nazir müavini Çeyz Monqolustandakı təmaslarından sonra fevral 17-də axşam saatlarında adaya gəlib.

ABŞ və Tayvan rəsmiləri səfəri təsdiqləməkdən imtina etsələr də, çoxsaylı beynəlxalq və yerli media Çeysin Tayvanda olduğunu bildirib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü, polkovnik-leytenant Martin Mayners səfərlə bağlı açıq şərh verməkdən yayınıb: "Birləşmiş Ştatların Çin təhdidinə qarşı Tayvana dəstəyi və müdafiə əlaqələri davam edəcək. Bizim Tayvana olan bağlılığımız möhkəmdir və sülhün qorunmasına töhfə verir. Bu, Tayvan boğazında və regionda sabitliyi təmin edir.”

Tayvanın müdafiə naziri Çiu Kuo-Çenq "Taiwan News" saytına deyib: "Biz hər bir (xarici) nümayəndə heyətinin Tayvanın xeyrinə olan səfərini görürük, bunlar bizim üçün yaxşı imkanlardır".

Nazir Çiu da mümkün səfərlə bağlı təfərrüatlar verməkdən imtina edib.

İddialar doğrudursa, Çeyz 2019-cu ildən bəri adaya ilk dəfə səfər edən nazirliyin yüksək səviyyəli rəsmisi hesab olunur. Yüksək səviyyəli səfərin adanı öz ərazisinin bir hissəsi kimi görən Çinin sərt reaksiyasını səbəb olacağı təxmin edilir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin dünən Pekində keçirilən növbəti mətbuat konfransında bildirib ki, Çin ABŞ ilə Tayvan arasında rəsmi təmasların və hərbi əlaqələrin qurulmasına qəti şəkildə qarşıdır. O, Vaşinqton administrasiyasını “vahid Çin” prinsipini dəstəkləməyə, həmçinin ABŞ-ı Çin və Birləşmiş Ştatlar arasında diplomatik münasibətlərin əsasını təşkil edən Üç Birgə Bəyannamədəki öhdəliklərinə əməl etməyə çağırıb.

Digər tərəfdən, Çin ordusunun səfər iddiasından sonra ada ətrafında hərbi fəallığının artdığı bildirilib. Tayvan Müdafiə Nazirliyi dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 24 hərbi təyyarə və 4 döyüş gəmisinin aşkarlandığını açıqlayıb.

İddia olunan səfərin ABŞ-ın Çinə məxsus hava şarını vurması nəticəsində iki ölkə arasında münasibətlərin gərginlik və etibarsızlıq dövrünə təsadüf etməsi diqqət çəkir.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden bir neçə gün əvvəl verdiyi açıqlamada problemi həll etmək üçün çinli həmkarı Xi Jinping ilə görüşmək istədiyini bildirib.

Bundan başqa, iddia edilir ki, ABŞ dövlət katibi Entoni Blinken Münhen Təhlükəsizlik Konfransında böhranını həll etmək üçün Çinin yüksək səviyyəli diplomatı, Çin Kommunist Partiyası Mərkəzi Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru Vanq Yi ilə üz-üzə görüşmək istəyib.
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər
13 Aprel 2025 Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı-FOTO
12 Aprel 2025 Ərdoğanla əş-Şara görüşdü
12 Aprel 2025 Dünyanın diqqəti İstanbulda: Məxfi sənədlər qaytarılır, qərar dəyişəcək
11 Aprel 2025 Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər
11 Aprel 2025 Lukaşenko: Qərb ölkələrində heç vaxt demokratiya olmayıb

Dünyapress TV

Xəbər lenti