b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_cbfec9ab8f1240a7b1269711732aa9e6.jpg
  

Özünü dindar kimi təqdim edən Rəşad Hümbətovun sosial şəbəkədə yayılan videosu cəmiyyətdə geniş müzakirələrə və sərt reaksiyalara səbəb olub.

Hümbətov videoda musiqiyə qulaq asmağın İslam dini baxımından haram olduğunu iddia edir və bunu "əxlaqsızlıq və sapmalara yol açan bir vasitə" kimi təqdim edir.

RASAD.png (371 KB)

Onun çıxışında deyilir:

"Musiqiyə qulaq asmaq İslam baxımından haramdır. Bu, əxlaqsızlığa, fahişəliyə və digər sapmalara yol açır". 

Rəşad Hümbətovun bu çıxışı sosial mediada istifadəçilərin kəskin tənqidləri ilə qarşılanıb. Bir çox istifadəçi bu fikirləri "çağdışı, cəhalət dolu və insan azadlıqlarına müdaxilə" kimi qiymətləndirib. Onlar Hümbətovun iddialarının Azərbaycan cəmiyyətinin müasir və tolerant dəyərlərinə uyğun olmadığını vurğulayıblar.

İslamda musiqi haramdırmı?

RAHİL.jpg (12 KB)

İlahiyyatçı Emil Rahiloğlu mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib:

"Hər bir xalqın və ya millətin qədim dövrlərdən bu günə qədər gəlib çıxan, həmin xalqın mədəniyyətinin ayrılmaz hissəsi olan musiqi ifaları və alətləri mövcuddur. Təbii ki, insanların ruhunu və cismini tərbiyə edən İslam şəriəti də bu mövzuya biganə qalmayıb və zaman-zaman bu barədə öz rəyini bildirib. Bildiyimiz kimi, musiqi hazırkı dövrdə bütün dünyada geniş yayılıb. Hətta deyə bilərik ki, musiqi dinləmək insanların gündəlik həyat tərzinin bir hissəsinə çevrilib. İş yerlərində, mağazalarda və marketlərdə musiqiyə daha çox rast gəlmək mümkündür.

İslam şəriətində musiqi kökündən haram hesab edilmir, lakin haram olan musiqi növləri mövcuddur ki, bunu oxucular da təsdiqləyə bilər. Əgər musiqi tamamilə haram olsaydı, xalq mahnıları, himnlər, vətənpərvərlik mövzusunda oxunan mahnılar və marşlar da haram sayılardı. Buna əsasən, İslam şəriəti musiqini ümumilikdə halal qəbul edir, lakin bəzi növlərini haram hesab edir.

Halal musiqilərin dinlənilməsinə İslam şəriəti tərəfindən icazə verilir, haram sayılan musiqilər isə yasaq edilib. Buradan belə bir nəticə çıxır ki, musiqi öz-özlüyündə haram deyil, sadəcə olaraq müəyyən musiqi növləri haramdır. Halal musiqi eyş-işrət məclislərinə uyğun olmayan, mənəvi baxımdan saf və məqsədəuyğun musiqi sayılır. Haram musiqi isə eyş-işrət məclislərinə xas üslubda ifa olunan musiqi kimi qiymətləndirilir.

Musiqi və ya mahnının eyş-işrət məclislərinə uyğunluğu ifadəsi onun insanı ruhlandırması, dinclik verməsi və əhval-ruhiyyəsini dəyişdirməsi mənasını daşımır. Bu hallar öz-özlüyündə müsbət qiymətləndirilir və bəzən hətta halal musiqilər də bu məqsədlərə xidmət edir. Sözügedən ifadə dinləyicinin – xüsusilə də musiqi sənətindən anlayışı olan şəxslərin – eşitdiyi musiqi və ya mahnının eyş-işrət məclislərində dinlənilən, yaxud onlara bənzər ifalardan olduğunu ayırd etməsini nəzərdə tutur.

Halal musiqilərin ifa edildiyi məkanlara baş çəkmək, hətta halallıq çərçivəsindən çıxmadıqca uzun müddət həmin ifaları dinləmək də icazəlidir. Bundan əlavə, yaşından asılı olmayaraq hər bir müsəlmana ixtisaslaşmış musiqi məktəblərində və ya digər kurslarda musiqi sənətinin halal qismini öyrənməyə icazə verilir. Lakin bu şərtlə ki, belə kurslarda iştirak dini dəyərlərlə böyüyüb tərbiyə almasına əngəl törətməsin".

Xalidə Gəray
Musavat.com

Bölmənin digər xəbərləri

29 Yanvar 2025 "Tənzilə Rüstəmxanlı düz deyir, Fars xurafatları təəssüf ki, ölkəmizdə dinə çevirib." - İLAHİYYATÇI
08 Yanvar 2025 Azərbaycanın üç gəmisi heyətlə birgə GİROV GÖTÜRÜLÜB
02 Yanvar 2025 Sülh üçün mübarizə aparın - Papadan ÇAĞIRIŞ
28 Dekabr 2024 Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib
23 Dekabr 2024 İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı
23 Dekabr 2024 İranda daha bir din xadimi həbs edildi
22 Dekabr 2024 Vatikan Papanın özünü yaxşı hiss etmədiyini bildirib
12 Dekabr 2024 Dəhşətli olay: Keşiş yüzlərlə uşağa bu adada təcavüz etdi
11 Dekabr 2024 Təriqət başçısının xain sözlərinə sərt – reaksiya
15 Noyabr 2024 Şeyxin dini liderlərlə Bakıda çəkilən fotosu gündəm oldu
12 Noyabr 2024 Belə bir dünyada yaşamaq bizə xoş gəlməyəcək
09 Noyabr 2024 KURAN’DAKİ AKIL VE BİLİM DIŞILIKLAR
08 Noyabr 2024 Şeyx dəvət göndərmədi, Qaregin“intiqam” qərarı verdi
31 Oktyabr 2024 Bu ölkədə nə baş verir? - Bir gündə iki jurnalist öldürüldü
28 Oktyabr 2024 İslamda oğlanbazlıq hardan gəlmiş
23 Oktyabr 2024 Əhalinin dini inancının ən yüksək olduğu 5 ölkə – SİYAHI
16 Oktyabr 2024 "Dini kəbin heç Quranda da yoxdur" - Elşad Miridən QALMAQALLI AÇIQLAMA VİDEO
14 Oktyabr 2024 Muhammed'in kızı Fatma 10 yaşında iken Hz Ömer 52 yaşındadır.
17 Sentyabr 2024 Batin alimi yazır: Həcc haqqında bilmədiyimiz sirlər
24 Avqust 2024 "Taliban"dan yeni qərar: "Quran oxuyan qadının səsi də qadağandır"

Dünyapress TV

Xəbər lenti