b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_608848362d690b5ece2ca5d0aee0b501.jpg
  

Ukraynanın xarici işlər nazirinin müavini Sergey Kislitsa Türkiyənin İstanbul şəhərində keçirilən Rusiya ilə danışıqların təfərrüatlarını açıqlayıb.

O, bunu "Biz Ukraynayıq" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi atəşkəs məsələsini “qəti şəkildə qəbuledilməz” hesab edərək, bununla bağlı danışıqlar aparmaq istəməyib. Rəsmi həmçinin vurğulayıb ki, Rusiya nümayəndə heyəti ərazilərin qondarma DXR, LXR, Zaporijye və Xerson vilayətlərinə “verilməsini” tələb edib, sabah Moskvanın “altı və ya səkkiz” rayon tələb edəcəyi ilə hədələyib, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə Ukraynadakı müharibəni “ruslarla bəzi fərqliliyi olan ruslar arasında müəyyən qarşıdurma” adlandırıb.

"Əslində Rusiya sizin bir millət olaraq varlığınızı inkar edir. Üzünüzə deyirlər: sən ukraynalı deyilsən, russan", - Kislitsya Medinskinin sözlərinə belə münasibət bildirib.

Xatırladaq ki, mayın 16-da İstanbulda Moskva və Kiyev nümayəndə heyətlərinin son üç ildə ilk ikitərəfli görüşü baş tutub. Danışıqların yekununa əsasən tərəflər “1000-ə 1000” formuluna əsasən məhbusların dəyişdirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, Rusiya və Ukrayna atəşkəslə bağlı fikirlərini ətraflı təqdim edəcəklərini və danışıqlar prosesinin davamını vəd ediblər.//Report

Bölmənin digər xəbərləri

31 May 2025 Tokayevdən Əliyevə və Ərdoğana MÖHTƏŞƏM DƏSTƏK
31 May 2025 Duqindən postsovet ölkələrinə görünməmiş təhdid - Bakıdan reaksiya
30 May 2025 3 qardaş ölkə Laçından elə mesajlar verdi ki... - Dünyanın gözü AZƏRBAYCANDA
30 May 2025 Xronika: Tirana zirvəsindən sonra Qərbi Azərbaycan məsələsi tələb şəklində səslənir VİDEO
30 May 2025 Onlar Bakıya qayıdır, bəs bizimkilər..?
30 May 2025 Ərdoğan Ermənistanla münasibətlərin normallaşacağını açıqlayıb
30 May 2025 Dağlar arasında üç dost - yeni regional blokun siqnalı?
30 May 2025 ABŞ rəsmi olaraq öz bayrağını Dəməşqdə sancdı:
29 May 2025 Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq - Azərbaycan lideri
29 May 2025 Ərdoğanın Azərbaycana səfəri başa çatdı — FOTOLAR
28 May 2025 Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi - VİDEO
28 May 2025 Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir
28 May 2025 Ərdoğan böyük heyətlə Laçına gəldi – CANLI
28 May 2025 Ukrayna üçün dörd ssenari - AKTUAL
28 May 2025 “Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazırdır” – Ermənistan XİN
27 May 2025 Tramp və Netanyahu arasında GƏRGİNLİK: İranla bağlı NƏ DANIŞDILAR?
26 May 2025 Bakının əməliyyatları revanşistləri təşvişə saldı
26 May 2025 İran və ABŞ razılığa GƏLMƏDİ
26 May 2025 Gürcüstanın neytrallıq siyasəti sona çatır -ŞƏRH
25 May 2025 Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir"

Dünyapress TV

Xəbər lenti