Biz CHP-nin prezidentliyə namizədini müəyyən edəcək ilkin seçkilərə qarşı deyilik.
Türkiyə mediası xəbər verir ki, bunu Ankara Böyükşəhər Bələdiyyə sədri Mənsur Yavaş deyib.
“Biz ilkin seçkilərə qarşı deyilik. Burada problem partiyanın enerjisini sərf etməməsidir. Biz bunun ölkə gündəmini geri itələyəcəyini düşünürdük. Yenə də xeyirli-uğurlu olsun. Qaldı ki, ölkə prezidentliyinə namizədlik üçün ərizə verməyimə. Bunlardan danışmaq hələ tezdir. Biz bütün alternativləri müzakirə etmişik və onlar həmişə gündəmdə olacaq. Bizim öz başımıza namizəd olmaq və ya olmamaq kimi bir haqqımız yoxdur. Xalq nə istəyirsə elə də olacaq”, - M.Yavaş bildirib.