Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən ölkədir
Xəbər verildiyi kimi dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova genişməzmunlu müsahibə verib. “Rossiya-1” televiziya kanalında yayımlanan müsahibədə olduqca maraqlı açıqlamalar verilib və bir sıra önəmli məqamlara toxunulub. Bununla da Prezident İlham Əliyev bütün dünyaya növbəti dəfə öz mesajlarını çatdırdı.
Müsahibədə bölgədə gərginlik yaratmaqa çalışan bir sıra xarici dövlətlərin fəaliyyətinə və o cümlədən Fransa ilə münasibətlərə xüsusi yer ayrılıb. Qeyd edilib ki, bəzi dövlətlər kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb.
Prezident İlham Əliyev bildirib: “Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktyor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”.
Ölkə başçısı qeyd edib ki, “Prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var.
Amma bu əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı. Çünki İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər. Bu yaxınlarda Baş nazir vəzifəsindən qovulmuş cənab Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Yəni, bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlərimiz, sadəcə, böhran həddinə çatdı, sonradan daha da pisləşdi.
2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd etdilər və beş dəfə də uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar başqa yolla getdilər, - necə deyərlər, biz başqa yolla Avropa İttifaqına gedirik, - Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. Bizə qarşı kinləri, necə deyərlər, daha çox artdıqdan sonra isə onlar indi bizi nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edirlər.
Onların kolonial keçmişinə gəldikdə, bəziləri bunu bizim cavabımız kimi qiymətləndirirlər, amma zənnimcə, bu məsələ ola bilər ki, daha dərin xarakter daşıyır. Əgər ən başlanğıcda haradasa, necəsə bu məsələni nəzərdən keçirmək mümkün idisə, indi bu mövzuya dərindən nüfuz etdiyimiz, fransız kolonializminin iyrənc simasını gördüyümüz, bizim nümayəndələrimizin fransız koloniyalarının sakinləri ilə fəal ünsiyyət saxladıqları, - həm onların ölkələrində, həm Bakıda, həm də digər məkanlarda, - vaxtda, əslində, biz görürük ki, uzun illər ərzində dünya ictimaiyyətindən nələri gizlədiblər. Nə üçün? Çünki heç kim bununla maraqlanmaq istəmirdi. Heç kim başının ağrımasını istəmirdi. Çünki onlar şantaj edirlər. Hətta bizim münasibətlərimiz soyuq müharibə fazasına daxil olduqda əvvəlcə bizə mesajlar gəlirdi ki, “unutmayın, biz böyük ölkəyik”, - dövlət başçısı vurğulayıb.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 

Bölmənin digər xəbərləri

20 Dekabr 2024 Avropa İttifaqından Rusiyanı sarsıdacaq qərar: Bütün üzvlər üçün icrası məcburidir
20 Dekabr 2024 Ermənistan Türkiyə ilə razılığa gəldi: Azərbaycana isə təkliflər etdi
19 Dekabr 2024 Zurabişvili AP-də çağırış etdi: Təcili hərəkətə keçin!
18 Dekabr 2024 Ermənistanda türk partiyası yaradılacaq – Çaxoyan
18 Dekabr 2024 Xameneyi təhdid etdi – “Məhv ediləcək”
17 Dekabr 2024 “Ukrayna münaqişəsinin həlli üçün səylə çalışırıq” –Tramp açıqlama verdi
17 Dekabr 2024 Ukraynanın sülh danışıqlarından kənarlaşdırılması təklif edilib
16 Dekabr 2024 İsrail İrlandiyadakı səfirliyini bağladı- SƏBƏB
16 Dekabr 2024 Macarıstan naziri: "Zelenski Orbanla atəşkəs barədə danışmaqdan imtina edib"
15 Dekabr 2024 Macarıstan ABŞ-nin dominantlığı olmayan dünya istəyir
15 Dekabr 2024 "Prezidentliyə namizəd olmağa hazıram" - Suriyada yeni hakimiyyətin lideri
14 Dekabr 2024 Sabahkı prezident seçkiləri parodiyadır - Zurabişvili
14 Dekabr 2024 Çin Prezidenti Trampın dəvətini RƏDD EDİB
14 Dekabr 2024 Zelenski Brüsseldə Avropa liderləri ilə görüşəcək
13 Dekabr 2024 Putin Trampın andiçmə mərasimində iştirak edəcək? - Kreml açıqladı
12 Dekabr 2024 Cənubi Koreya Prezidenti: İmpiçment proseduruna hazıram
12 Dekabr 2024 Karin Keller-Satter İsveçrənin prezidenti seçilib
12 Dekabr 2024 “Ukrayna Rusiya ilə danışıqlara hazırdır”
12 Dekabr 2024  Fidandan Ermənistana mesaj... - Tarixi dövrdən yararlanmağı bacarmalıdırlar
11 Dekabr 2024 ATƏT-in Azərbaycanla əlaqələrində yeni mərhələ başlaya bilər, lakin... - AKTUAL

Dünyapress TV

Xəbər lenti