Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstan Baş naziri Viktor Orbanla atəşkəs danışıqlarını müzakirə etmək istəməyib. “Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
O bildirib ki, V.Orban tərəflər arasında atəşkəsi müzakirə etmək üçün V.Zelenski ilə danışmaq istəyib, amma rədd cavabı alıb.