İran son qalasını itirdi: Cənubi Qafqaza hansı təsirləri olacaq?
İran proksi qüvvələri ilə yeni axına qarşı müqavimət göstərsə də, yekunda bu onun üçün ağrılı nəticələr doğurdu.
Suriyada Bəşər Əsədin 24 illik hakimiyyətinə son qoyuldu. Əsəd hakimiyyətinin sonu Yaxın Şərqdə yeni bir dövrün başlanğıcı kimi dəyərləndirilir. Düzdür, proses Əsədlə başlamayıb və ibni Hafizin şəxsiyyəti bu prosesdə o qədər önəm kəsb etmir. Qlobal güclər Yaxın Şərq və bütün dünyanı yenidən dizayn edir. Geosiyasi qarşıdurmaların kəskinləşdiyi yeni dövrdə müttəfiqliklər qurbanlar tələb edir.
Suriya İranın Yaxın Şərqdəki son qalası idi. Obama dövründə İrana qarşı sanksiyaların yumşalması ilə molla rejiminin maliyyə vəsaitlərinə çıxış əldə etməsindən sonra rəsmi Tehran Yaxın Şərqə yetərincə nüfuz edə bilmişdi. Cənub qonşumuzun proksi qüvvələr hesabına qurduğu sədlər son bir ildə dağıldı. İranın Livanda, Qəzzadakı qüvvələri gücdən salındı və yaxud sıradan çıxarıldı deyə bilərik. Bütün bunlar həm də İranda daxili siyasi təlatümlərlə eyni anda baş verirdi. Yəni, İranın özü də yeni dünya nizamına transformasiya olmağa hazırlaşırdı.
İranın maraq dairəsinin mərkəzi nöqlərindən biri də Cənubi Qafqazdır. Zaman-zaman Tehran rejimi Qafqazda gedən proseslərə də müdaxilə etməyə çalışıb. Bir çox hallarda regional əməkdaşlığın qurulmasına qarşı maneə kimi çıxış edib. Xüsusən də Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə İranın qəti mövqeyi Ermənistanın əlini qüvvətləndirən əsas məqamlardan idi. Tehran "qırmızı xəttimizi keçməyin", "şirin quyruğu ilə oynamayın" dediyi bir vaxtda İran güc itirirdi. İran proksi qüvvələri ilə yeni axına qarşı müqavimət göstərsə də, yekunda bu onun üçün ağrılı nəticələr doğurdu. Tehran rejimi indi Suriyada yeni qüvvələrlə anlaşaraq oyun qurmağa çalışır.
Bəs Yaxın Şərqdə dayaqlarını itirmiş İran hakimiyyəti Cənubi Qafqaz siyasətini yenidən dizayn edəcəkmi?
Mövzu ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan və keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Sputnik Azərbaycana danışıblar.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, bu İranın təkcə Yaxın Şərqdə mövqelərini itirməsi demək deyil, bu bütövlükdə İran hakimiyyətinin qlobal miqyasda nüfuzdan düşməsi, təsir imkanlarının məhudlaşması deməkdir:
"Bu həm də İranın yenilənməsi üçün məqam və fürsətdir. Rəsmi Tehranın yaxın Şərqdəki mövqelərini itirməsi onun üçün yenilənməyə bir stimul olmalıdır. Əgər İran hakimiyyəti yeni şəraitdə yenilənməyə, yeni xarici siyasi konsepsiyaya keçməzsə, növbəti proseslərin hədəfi ola bilər".
Siyasi şərhçinin sözlərinə görə, Tehran hakimiyyətinin Gürcüstan və Azərbaycanda dayaqları vasitəsilə bir sıra istək və iddialarını həyata keçirməyə cəhd göstərdiyini nəzərə alsaq, deyə bilərik ki, son baş verənlər İran hakimiyyətinin Cənubi Qafqazdakı dini, siyasi, ideoloji təbliğatına və dayaqlarının zəifləməsinə təsir göstərəcək:
"Çünki hər iki ölkədə Ayətullah Seyid Ruhullah Musəvi Xomeyninin İslam inqilabı doktrinasının yayılması təbliğ olunur. Azərbaycanda da İslam respublikası yaratmaq niyyətində idilər. İranın ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Höccətül-islam Ocaqnejadın ölkədən çıxarılması hadisəi göstərir ki, Tehran hakimiyyəti Azərbaycanda şəbəkələşmiş kolona malik idi. Bu kolonun bir ucu Şama, digər isə Quma gedib çıxırdı. Suriyanın da təslim olması ilə Tehran hakimiyyətinin tərəfdarı olan qüvvələr arasında müəyyən məyusluq yaranacaq".
Ekspertin qənaətinə görə, Bəşər Əsəd İran hakimiyyəti ilə son zamanlar hesablaşmayıb, onun xəbərdarlıqlarını və təkliflərini nəzərə almayıb.
"Hətta Bəşər Əsədin İsraillə münasibətlərinin normallaşması üçün Rusiyanın vasitəçi olması ilə bağlı iddialar var. Bu vasitəçiliyin hansı özəlliklərinin olması bəlli deyil. Görünən odur ki, həmin anlaşmalar nəticəsində Bəşər Əsədin özünə və ailəsinə toxunulmayıb", - siyasi şərhçi qeyd edir.

Sədrəddin Soltan onu da bildirir ki, Cənubi Qafqazda bundan sonra Tehran hakimiyyətinin uğur qazanmaq ehtimalı aşağı düşür:
"Bu həm də onu göstərir ki, İran hakimiyyətinin həmin qüvvələri saxlamaq üçün maliyyə vəsaitləri çatmır. Yəni həmin qüvvələrin Tehran hakimiyyətinə inamı azalacaq. İran Yaxın Şərqdə mövqeləri itirdiyi kimi, Cənubi Qafqazda nüfuzunu itirir. Zəngəzur dəhlizinə bağlı İranın mövqeyi bundan sonra nəzərə alınmayacaq. Torpağın sahibi Ermənistandır. Ermənistan dəhlizin açılmasına razılıq verərsə, İranın müdaxiləsi mümkün olmayacaq. Tehran hakimiyyəti belə müdaxilələrə görə, Livanda, Qəzzada, Suriyada cəzalandırıldı".
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə bildirir ki, illərdir İran hakimiyyətinin həm daxili, həm də xarici siyasəti ciddi tənqid olunub:
"Xüsusən də onun beynəlxalq layihələri ilə bağlı narazılıqlar vardı. İranın İsrailə qarşı müqavimət hərəkatı yaratmaq layihəsi ən çox tənqidə məruz qalanlardan idi. Bununla yanaşı Aralıq dənizinə qədər coğrafiyada geniş şiə koridoru yaratmaq planları qlobal narahatlıq yaradırdı. Artıq indiki şəraitdə İranın bu layihələri davam etdirməsi üçün iqtisadi, siyasi imkanları mövcud deyil. Görünən odur ki, illərlə yaradılan infrastruktur iki il ərzində tam olaraq sıradan çıxarıldı".
Keçmiş XİN rəhbəri əmindir ki, indi İran daha çox daxili məsələlərlə məşğul olacaq.
"İran İslam İnqilabının ideyalarının ixracı o qədər də fəal olmayacaq, bəlkə də tamamilə gündəmdən çıxarılacaq. İranla əməkdaşlıq əsasında ortaya çıxan regional layihələr isə daha çox aktuallıq qazanacaq. Bura Şimal-Cənub dəhlizi və "3+3" əməkdşalıq platforması daxildir. İran bu layihələrdə fəallığını artırmağa çalışacaq. İranın nüvə proqramı ilə bağlı sazişin əldə olunması üçün də İran fəallığını artıracaq. İstisna etmirəm ki, İranın Azərbaycan-Ermənistan münasibətlərindəki mövqeyi də dəyişəcək. Ermənistanla İranın dırnaqarası dostluğu artıq aktuallığını itirəcək", - Tofiq Zülfüqarov qeyd edib.

 

Bölmənin digər xəbərləri

11 Dekabr 2024 ATƏT-in Azərbaycanla əlaqələrində yeni mərhələ başlaya bilər, lakin... - AKTUAL
10 Dekabr 2024 Tramp elan etdi: 2025-ci ildə dünya üçün gözlənilməz PROQNOZ
10 Dekabr 2024 “Səlahiyyətlərimizi ötürməyə hazırıq“ - Məhəmməd Qazi Əl-Cəlali
09 Dekabr 2024 Ərdoğan: "Dünyada iki lider qaldı, biri mən, digəri..."
09 Dekabr 2024 Tramp Ukrayna və Rusiyanı atəşkəsə və bunun üçün şərtləri açıqlamağa çağırıb
09 Dekabr 2024 Kürdlər İsraillə danışıqlara başladı
08 Dekabr 2024 Zurabişvili Parisdə Tramp və Makronla söhbətləşdi
08 Dekabr 2024 TRAmp: Suriya bizim dostumuz deyil, QARIŞMAYIN! - SON DƏQİQƏ
08 Dekabr 2024 Gürcüstanın hakim partiyası prezidentliyə namizədini rəsmən qeydə aldı
07 Dekabr 2024 Zelenski və Tramp Parisdə GÖRÜŞÜR: Notr-Damın açılışı ARXA PLANDA
07 Dekabr 2024 Türkiyə parlamentində yeni fraksiya - eks-nazirlər BİRLƏŞDİLƏR
07 Dekabr 2024 Lukaşenko və Putin arasında önəmli saziş imzalanıb
06 Dekabr 2024 Suriyanın taleyi dəyişə bilər: - Türkiyə ilə iki ölkə bir araya gəlir
06 Dekabr 2024 Ukrayna sülh üçün Trampla danışığlara başladı - Vaşinqtona gedən heyət qarşısında hansı şərtlər qoyulub?
06 Dekabr 2024 Rəsmi Bakı: "İkitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub"
06 Dekabr 2024 Rusiya Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır - KİV
05 Dekabr 2024 Ukrayna Gürcüstan hakimiyyətinə qarşı sanksiya tətbiq edir –ZELENSKİ
04 Dekabr 2024 Bu ölkə Zurabişviliyə sığınacaq təklif etdi
04 Dekabr 2024 Cənubi Koreyada hərbi vəziyyət elan edilib - ŞİMAL FAKTORU
03 Dekabr 2024 Ərdoğan İshak Herzoqun atəşkəslə bağlı açıqlamasını səmimi hesab etmir

Dünyapress TV

Xəbər lenti