Rusiya mühasirəyə düşdü:
Türkiyə Böyük Millət Məclisi Finlandiyanın NATO-ya daxil olması ilə bağlı qanun layihəsini təsdiq edib.

Bununla da Türkiyə hakimiyyəti Finlandiyanın NATO üzvlüyünə qəbuluna rəsmən razılıq verib. Finlandiya Xarici İşlər Nazirliyi buna cavab olaraq türk dilində “Teşekkürlər” mesajını paylaşıb.

Qeyd edək ki, rəsmi Ankara terrorçuluğa qarşı mübarizə ilə bağlı Finlandiyanın bütün şərtləri yerinə yetirdiyini bildirib. İsveç isə götürdüyü öhdəliklərdən yayındığına görə Türkiyə bu ölkənin NATO-ya daxil olmasını dəstəkləməyib.

Finlandiyanın NATO dövlətinə çevrilməsi Türkiyənin ABŞ-la münasibətlərinə müsbət təsir göstərsə də, Rusiya ilə gərginliyə səbəb ola bilər. Çünki Finlandiyanın alyansa qoşulması ilə NATO-nun Rusiyanın 1300 kilometr yeni sərhəddi yaranacaq. Bu isə Rusiya üçün ciddi təhlükə deməkdir. Kalininqrad coğarfi baxımdan NATO-nun mühasirəsinə düşəcək, Sankt-Peterburq və Moskva şəhərləri çox yaxın məsafədən NATO-nun strateji hücum silahlarının hədəfinə çevriləcək. ABŞ və NATO ballistik raketlərinin Finlandiyada yerləşdirilməsi Ukrayna cəbhəsində Rusiyanı geri çəkilməyə vadar etmək üçün ciddi təzyiq vasitəsidir.

Bu da Ukraynada müharibə başladıqdan sonra Qərb koalisiyasına qoşulmaqdam imtina edərək Rusiya ilə əməkdaşlığı davam etdirən Türkiyə ilə münasibətləri poza bilər.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, tərəflər arasında baş verə biləcək narazılıq yalnız Rusiyanın ziyanına ola bilər. Ekspert Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya Türkiyənin qərarını anlayışla qəbul etməyə məcburdur:

“PKK terror təşkilatını himayə edən Finlandiya və İsveç NATO-ya daxil olmaq üçün Türkiyənin təhlükəsizlik maraqlarını nəzərə almalıdır. Türkiyə bu prosesi uzatdı, mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri yaxlnlaşdığı bir dövrdə Finlandiyanın NATO-ya qəbuluna səs verdi. Buna görə Rusiyanın Türkiyədən müəyyən narazılığı olacaq. Amma Moskva bu məsələyə görə Ankara ilə qarşıdurmaya getməyəcək və münasibətləri pozmayacaq. Çünki Rusiyanın sıx strateji tərəfdaşlıq etdiyi ölkə məhz Türkiyədir. Rusiya Prezidenti Putinin Türkiyəyə səfər edəcəyinə dair müəyyən məlumatlar var. Hesab edirəm ki, Finlandiyanın NATO-ya daxil olması Rusiya-Türkiyə münasibətlərinə ciddi təsir etməyəcək. Çünki Rusiya yaxşı başa düşür ki, Türkiyə NATO üzvüdür. Türkiyə NATO-da gedən proseslərdə fəal rol oynayır. Türkiyə Rusiyanın maraqlarına görə Finlandiyanın NATO-ya qoşulmasına veto qoya bilməzdi. Eyni zamanda, Türkiyədəki seçkilərlə bağlı hakim Ədalət və İnkişaf Partiyasının öz siyasəti var. Türkiyə bu məsələdə ABŞ qarşısında müəyyən tələblər irəli sürüb. Görünür, ABŞ-la hansısa razılaşmalar əldə olunub və Türkiyənin maraqları təmin olunub. Moskva Finlandiyanın NATO-ya daxil olmasına görə Türkiyə ilə münasibətləri korlasa, bu, Rusiyanın ziyanına olar. Türkiyə ilə münasibətlərin pozulması iqtisadi və digər sahələrdə Rusiyanın maraqlarına cavab vermir'. Ekspertin fikrincə, Türkiyə müəyyən müddətdən sonra İsveçin də NATO-ya daxil olmasına razılıq verəcək: "Moskva yaxşı bilir ki, Türkiyə müstəqil siyasət həyata keçirir. Rusiyaya görə Finlandiyanın üzvlüyünə veto qoyulması beynəlxalq aləmdə Türkiyə üçün yaxşı qarşılanmazdı. Türkiyə Rusiya ilə əməkdaşlıq etsə də bu məsələlərdə Moskva ilə razılaşmaya getməyəcək. Rusiyanın da Türkiyəyə təzyiq göstərəcəyi gözlənilmir”.
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər
13 Aprel 2025 Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı-FOTO
12 Aprel 2025 Ərdoğanla əş-Şara görüşdü
12 Aprel 2025 Dünyanın diqqəti İstanbulda: Məxfi sənədlər qaytarılır, qərar dəyişəcək
11 Aprel 2025 Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər
11 Aprel 2025 Lukaşenko: Qərb ölkələrində heç vaxt demokratiya olmayıb

Dünyapress TV

Xəbər lenti