İki dəfə Nobel mükafatı laureatı Laynus Polinq (ing. Linus Pauling, 1901-1994) alman əsilli görkəmli amerikalı kimyacı və kristalloqrafıdır. Birinci Nobel mükafatına Kimya üzrə (1954), ikinciyə isə Sülh üzrə (1962) layiq görülmüşdür.
Polinq dövrün ən hərtərəfli alimlərindəndi, onun elmi maraqları müxtəlif sahələrə yayılmışdı – kvant mexanikası, mineralogiya, struktur kimyası, anesteziya, immunologiya, tibb, təkamül. Fenomenal yaddaşa malik olan Polinq molekulyar biologiyanın yaradıcılarından biri sayılır.
1940-cı illərin sonunda Sovet İttifaqında Laynus Polinqin “Rezonans nəzəriyyəsi”nə qarşı hücumlar başlamışdı. Bonifatiy Kedrov adlı bir “yarıfilosof” və “yarıkimyaçı” dünya şöhrətli Polinqin kimyada fiziki metodlarını tətbiq etməsini topa tutaraq, bunu “burjua metodları” adlandırdı.
Bonifatiy kimi səviyyəsizlər yetişdirən sistem dünənə qədər linç etdiyi, “psevdo alim” adlandırdığı Laynus Polinqi utanmadan, qızarmadan, ar etmədən 1958-ci ildə SSRİ Elmlər Akademiyasına üzv seçdi, 1970-də onu "Xalqlar arasında sülhün möhkəmləndirməsinə görə" Beynəlxalq Lenin Mükafatına layiq gördü, 1977-də isə SSRİ Elmlər Akademiyasının Lomonosov adına qızıl medalı ilə təltif etdi.
Polinq ömrünün ikinci yarısını vaxtını və enerjisini nüvə əsrində müharibə ehtimalını aradan qaldırmağa həsr etdi. O, 1963-də atmosferdə nüvə sınaqlarını qadağan edən beynəlxalq müqavilənin təmin edilməsində mühüm rol oynadı. Laynus Polinq bu əməklərinə görə 1962-ci ildə Nobel Sülh mükafatına layiq görüldü.
Nobel tarixində bu prestijli mükafatı 2 dəfə alan cəmi 5 alim var ki, onlardan biri də Laynus Polinq idi:
Mariya Küri - fizika üzrə (1903), kimya üzrı (1911)
Fred Senger - iki dəfə kimya üzrə (1958 və 1980)
Laynus Polinq – kimya üzrə (1954), sülh üzrə (1962)
Con Bardin - iki dəfə fizik üzrə (1956 və 1972)
Karl Barri Şarpless - iki dəfə kimya üzrə (2001 və 2022).
https://t.me/ibrahim_nebioglu
TEREF