b_400_300_16777215_00_https___modern.az_photo_885x575_2022_09_16_1663313097_163193967254810441_1000x669.jpg

Ötən iclasdan bəri illik faktiki inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik olmayıb.  

 

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

 

Qeyd edilib ki, mövsümi amillərin azaldıcı təsirlərinə baxmayaraq avqustda 0.9% səviyyəsində inflyasiya olub:

 

"Qeyri-ərzaq və xidmətlərin bahalaşması ilə yanaşı ərzaq mallarının da 1.2% bahalaşması aylıq inflyasiyanı şərtləndirib.

 

İllik inflyasiya 2022-ci ilin avqustunda 14.2% təşkil edib, orta illik inflyasiya isə 13.2% olub. Baza inflyasiya illik 12.1%, orta illik 10.2% olub.

 

Ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. Avqustda illik inflyasiyaya 9.1 faiz bəndi ərzaq, 2.1 faiz bəndi qeyri-ərzaq, 3.1 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə verib.

 

Aparılmış təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amillərinin üstün rola malik olduğunu göstərir. Avqust ayında dünya ərzaq qiymətləri 1.9% azalsa da, onun illik artımı 7.9% səviyyəsindədir və müəyyən zaman intervalı ilə daxili qiymətlərə ötürülür. Eyni zamanda təchizat zənciri ilə bağlı xərcləri xarakterizə edən indekslər son aylar azalsa da ümumilikdə yüksək olaraq qalır.

 

Xarici mənşəli xərc amilləri istehlakçı qiymətləri ilə yanaşı istehsalçı qiymətlərinə də təsir edir. İstehsalçı qiymətləri indeksi qeyri-neft sənaye məhsulları üzrə və kənd təsərrüfatı məhsulları üzrə avqustda müvafiq olaraq 0.1% və 1% artmışdır. Son 1 ildə isə bu göstəricilərin artımı müvafiq olaraq 16.5% və 19.3% təşkil edib".

 

"İnflyasiya gözləntiləri ötən iclasdan bəri əsasən sabit qalıb. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri avqustda əvvəlki ayla müqayisədə tikintidə azalıb, xidmət sektorunda demək olar ki, sabit qalıb, ticarətdə və qeyri-neft sənayesində isə cüzi yüksəlib.

 

İlin sonuna illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Dünya ərzaq qiymətlərinin gözlənilən dəyişimi və 2022-ci il inflyasiyasının yüksək bazası nəzərə alınmaqla 2023-cü ilə illik inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib".

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR
12 Aprel 2025 AMB ən çox şikayət olunan bankların adını açıqladı – SİYAHI

Dünyapress TV

Xəbər lenti