RUSİYA İQTİSADİYYATI İFLAS EDİR... -
ABŞ-ın məşhur Yale Universiteti alimlərinin apardığı araşdırmanın nəticəsinə görə, “Rusiya iqtisadiyyatı iflas ərəfəsindədir”.

Yale Universitetinin alimləri Rusiya iqtisadiyyatının sanksiyalardan sonra hansı vəziyyətdə olduğunu araşdırıblar. Nəticə tədqiqatçıların araşdırmasında yazıldığı kimi “dağıdıcıdır”.

“Social Science Research Network" mütəxəssis jurnalında dərc olunmuş araşdırmada Rusiya iqtisadiyyatının xüsusilə dayanıqlı olması ilə bağlı fikirlərin yalan olduğu bildirilir.

118 səhifəlik araşdırmada alimlər Rusiya iqtisadiyyatının hazırkı vəziyyətini təhlil ediblər. Araşdırma göstərir ki, Avropa ölkələri rus qazından necə asılıdırlarsa, Rusiya büdcəsi də qaz satışından bir o qədər asılıdır. Enerji ixracı Rusiya dövlətinin bütün gəlirlərinin 60 faizini təşkil edir. Amma Avropanın bir çox ölkələri Rusiya qazından asılılıqlarını xeyli azaldıblar. Moskva getdikcə daha az qaz satır və bu, iqtisadiyyata ölümcül zərbə vurur.

Şərqə daha çox qaz satmağa çalışsa da, hələlik uğur qazana bilməyən Moskvanın qazı Şərqə daşıyacaq boru kəmərləri yoxdur. Alimlərin fikrincə, "Asiya boru kəməri şəbəkəsi Avropa boru kəmərləri şəbəkəsinin tutumunun yalnız bir hissəsinə malikdir və hətta çoxdan planlaşdırılan və hazırda tikilməkdə olan Asiya boru kəməri layihələrinin istifadəyə verilməsinə hələ illər var”.

Yale Universitetində aparılan araşdırma müstəqil şəkildə toplanmış məlumatlara əsaslanır. Tədqiqatda qeyd olunur ki, Moskvadan gələn rəqəmlərə etibar etmək olmaz. Alimlər Rusiyanın audit şirkətləri və beynəlxalq ticarət tərəfdaşlarının iqtisadi vəziyyəti necə qiymətləndirdiklərini araşdırıblar. Bundan əlavə, adambaşına düşən istehlak üzrə məlumatlar qiymətləndirilib.

5 ay ərzində 1000-dən çox xarici şirkət Rusiyanı tərk edib. Sanksiyalar başlayandan bəri ümumi daxili məhsul 40 faizdən çox zərər çəkib. Tədqiqatçıların fikrincə, iki amil iqtisadi problemlərin meydana gəlməsində mərkəzi rol oynayır: bir tərəfdən istehsal dayanıb və digər tərəfdən hazırda itirilmiş şirkətləri, məhsulları və mütəxıssisləri əvəz edəcək potensial yoxdur. Həm idxal, həm də ixrac biznesi sanksiyalardan ciddi əziyyət çəkir.

Alimlər araşdırmada izah ediblər ki, Putin hazırda iqtisadi xaosa dövlət subsidiyaları ilə reaksiya verir. Bunun nəticəsində də Rusiyanın dövlət büdcəsində böyük boşluq yaranıb. Araşdırmada bildirilir ki, Kremlin maliyyəsi əvvəllər düşünüldüyündən də pis vəziyyətdədir.

Lakin Rusiya iqtisadiyyatı təkcə ixracdan asılı deyil. Yale alimlərinin araşdırmasına görə, malların idxalı ümumi daxili məhsulun təxminən 20 faizini təşkil edir. Onlar Rusiya istehsalının mühüm hissəsidir. Lakin Ukrayna müharibəsi başlayandan bəri idxal 50 faizdən çox azalıb. Hətta Çindən malların daşınması xeyli azalıb. Alimlərin hesablamalarına görə, 8,14 milyarddan 3,8 milyard ABŞ dollarına qədər azalma var. Səbəb kimi bir neçə Çin bankının Rusiyadan bütün kredit və maliyyə vəsaitlərini geri çəkməsi göstərilir.

Bundan əlavə, qeyd edildiyi kimi, 1000-dən çox şirkət Rusiyanı tərk edib ki,bunun da nəticəsində beş milyon iş yeri bağlanıb.

Rusiya Sberbankının məlumatına görə, qiymət artımı səbəbindən əhalinin satış və istehlak xərcləri 20 faizə qədər azalıb. Ukrayna müharibəsindən əvvəl Rusiyada hər ay orta hesabla 100 min yeni avtomobil satılırdısa iyun ayında cəmi 27 min avtomobil satılıb.

Rusiya iqtisadiyyatının digər problemi isə Rusiyadan ixtisaslı işçilərin qaçmasıdır. Alimlərin məlumatına görə, müharibə başlayandan bəri 500 mindən çox insan ölkəni tərk edib. Onların 50 faizi ali təhsillidir. Ölkəni tərk edənlərin 15 mininin “ultra varlılar” qrupuna aid olduğu bildirilir.

Avropa Komissiyasının yaydığı məlumatlar da sanksiyaların Rusiyaya təsir etdiyini təsdiqləyir. Ölkədə xüsusilə ixrac biznesi kütləvi şəkildə məhdudlaşdırılıb. Rusiya Mərkəzi Bankının milyardlarla ölçülən ehtiyatları dondurulub.

Xarici texnologiyalara çıxışın olmaması və tədarük zəncirlərində artan çətinliklər Rusiya dövləti üçün ciddi maliyyə problemləri yaradıb.

İsveçin Lund Universitetinin professoru Kristian Gernerin fikrincə, Kreml rəhbəri öz ətrafında “siyasi səhra” yaradıb. İsveçin "Aftonbladet" qəzetinə danışan ekspert Gerner Putinin özünü başqa fikirlərdən tamamilə təcrid etdiyini deyir. Putin Lavrovu “Qərb dünyasında bir növ nüfuza malik” şəxs kimi görür və bu səbəbdən ona daha sərt Rusiya xəttini tutmağı tapşırıb.

Kremlin neft satışında da ciddi itkiləri var. Çinə ixrac əhəmiyyətli dərəcədə artsa da, son dərəcə aşağı qiymətə satılır. Almaniyanın “Bild” qəzeti yazır ki, Rusiya qara qızılını Çin bazarında havaya sovurur.

Kreml rəhbərliyi iqtisadi problemlər haqqında açıq danışmağı sevmir. Putin bir neçə dəfə vurğulayıb ki, Rusiya böhrandan digərlərindən daha yaxşı çıxacaq. İqtisadi rəqəmlər isə başqa mənzərəni göstərir.

Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarından sonra ciddi problemlərlə üzləşməsi ölkə daxilində tənqidləri artırıb. İqtisadi vəziyyətin pisləşməsi fonunda Kremlin rəhbəri Vladimir Putinə də təzyiqlər çoxalıb.(Musavat.com)
 

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR
12 Aprel 2025 AMB ən çox şikayət olunan bankların adını açıqladı – SİYAHI
12 Aprel 2025 Elmin Zamanovun rəhbəri olduğu qurumun 4 milyon vergi borcu var
11 Aprel 2025 Mərkəzi Bank ənənəvi addımından niyə imtina etdi? – Birmənalı qarşılanmayan qərar
11 Aprel 2025 Tramp Çinə qarşı rüsumları 145%-ə qaldırdı
11 Aprel 2025  Bazara təzə kartof da gəldi, qiymət nəinki enir, əksinə, qalxır - AXI NİYƏ?..

Dünyapress TV

Xəbər lenti