İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... -
“Son illər texnologiyanın inkişafı ilə yanaşı, kiberhücumların da sayı sürətlə artır. Hər gün yüzlərlə insanın bank hesablarından pulların oğurlanması ilə bağlı xəbərlər eşidirik. Hakerlər isə metod dəyişikliyi edərək daha mürəkkəb proqramlarla və texnologiyalarla fərdi hesablara hücum edir. Nəticədə insanlar maddi ziyan çəkir ki, bu da insanlarda həm də ümumi maliyyə sistemlərinə inamı azaldır”.

Bu sözləri Globalinfo.az-a İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov bank kartlarından pulların oğurlanması haqda danışarkən deyib.

O, bu tip kiberhücumların arxasında təşkil olunmuş və strateji məqsədləri olan maliyyə qruplarının dayandığını qeyd edib:

“Düşünürəm ki, hakerlərin ardıcıl və intensiv hücumları mövcud bank sistemlərinin etibarsız olduğunu sübut etməyə çalışır. Belə olduğu təqdirdə müəyyən maliyyə piramidalarının təsiri hiss olunmağa başlayır. Bu piramidaların əsas məqsədi insanları mövcud sistemdən uzaqlaşdırıb, özlərinin qurduğu alternativ maliyyə sistemlərinə yönəltmək ola bilər. Həmin sistemlər adətən kriptovalyutalar və ya digər qeyri-ənənəvi ödəniş platformaları üzərində qurulur. Nəticədə hakerlər və onların arxasında dayanan qurumlar yeni maliyyə sistemlərini inkişaf etdirərək həm də insanların pul vəsaitlərinə nəzarət edirlər”.

Mütəxəssis deyib ki, bank sistemlərinin etibarlılığını təmin edən nizamlayıcı qurumlar və dövlət nəzarəti var:

“Alternativ maliyyə sistemləri çox zaman tənzimlənmədiyindən orada daha böyük risklər və təhlükələr yaranır. Bu gün bank kartlarının təhlükəsizliyi ilə bağlı şübhələrin yaranması bir sıra mühüm problemləri üzə çıxarır. Nağd pulun saxlanması və istifadəsi bir alternativ kimi görünsə də, bu, müasir dövrdə tam bir həll yolu deyil. Alternativ olaraq bəzi rəqəmsal pul kisələri (e-cüzdanlar) ikili autentifikasiya və əlavə təhlükəsizlik tədbirləri təklif olunur. Məsələn, Google Pay, Apple Pay və Binance kimi platformalar maliyyə əməliyyatlarını daha etibarlı edir. Kriptovalyutalar həm haker hücumlarına qarşı müqavimətli, həm də nağdsız ödənişlər üçün uyğun hesab olunur. Lakin burada da fərdi təhlükəsizlik əsas şərtdir – vəsaitlərinizi soyuq cüzdanlarda saxlamalısınız ki, onlayn hücumların hədəfi olmayasınız”.

E.Həsənovun sözlərinə görə, nağd pulların istifadəsi kiberhücum riskindən qorunmağın ən sadə üsulu kimi görünsə də, lakin qlobal iqtisadiyyat artıq nağdsız dövrə keçid edir:

“Elektron ödənişlər həm sürət, həm də rahatlıq baxımından üstünlüklərə malikdir. Belə olduğu halda da bu tip hücumlardan qorunmaq üçün ideal yanaşma hibrid sistemin tətbiqidir. Belə ki, insanlar həm rəqəmsal ödəniş vasitələrindən istifadə etməli, həm də təhlükəsizlik tədbirlərini gücləndirməlidirlər. Bir çox insan hələ də zəif şifrə seçir və ya təhlükəsizliyə lazımi diqqət yetirmir. Çünki hakerlər yalnız texnoloji hücumlarla kifayətlənmir, eyni zamanda sosial mühəndislik üsullarından (phishing və scam) istifadə edirlər. Vətəndaşları bu cür hücumlara qarşı maarifləndirmək vacibdir”.
 
 
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?

Dünyapress TV

Xəbər lenti