“Alafran”, “Oris” istehsalçısı “Vüsal Kimya” ölkədən pul çıxarıb?
“Alafran”, “Sodeks”, “Oris” kimi təmizlik məhsulları istehsalçısı olan “Vüsal Kimya” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “Vüsal Kimya” İnzibati Xətralar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Vüsal Kimya” MMC ilə bağlı iş baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 26 dekabr tarixində hakim Vüsal Qurbanovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qarşı tərəfi dinləməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

18 Dekabr 2024 Hansı sahədə işləyənlər daha çox əmək haqqı alır? - SİYAHI
18 Dekabr 2024 Sahibkarların kart “sirrini” Vergi Xidməti belə öyrənirmiş – Sabiq nazir detalları açdı
17 Dekabr 2024 Parlamentdə təmsil olunmayan partiyalara vəsait az çatacaq
17 Dekabr 2024 “Milla Dairy” böyük məbləğdə cərimələnə bilər – MƏHKƏMƏ
17 Dekabr 2024 Yeni il öncəsi od tutub yanan HOTEL QİYMƏTLƏRİ - “Belə getsə, yerli turizm bazarında...”
16 Dekabr 2024 Əsədin sərvəti açıqlandı
16 Dekabr 2024 Azərbaycanda nəyə çox pul xərclənir: - içki və siqaretə, yoxsa təhsilə?
15 Dekabr 2024 İranda dolların məzənnəsi rekord həddə yüksəldi
14 Dekabr 2024 Türkiyə lirəsindən növbəti antirekord
14 Dekabr 2024 Qazın limiti ilə bağlı vacib xəbər: “Yanvarın 7-dək...“
13 Dekabr 2024 Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?
13 Dekabr 2024 “Azpulmat”da faizlər niyə yüksəkdir? - Mərkəzi Bankın Qərarı əməl olunmur…..
13 Dekabr 2024 "Neptun" külli miqdarda borcunu ödəmir
13 Dekabr 2024 Dolların bahalaşması bu ölkələrin valyutalarının kəskin ucuzlaşmasına səbəb oldu
12 Dekabr 2024 Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb
12 Dekabr 2024 Qızılın qiyməti bahalaşacaq – PROQNOZ
12 Dekabr 2024 Avropa Komissiyası 90 milyard avroluq uzunmüddətli istiqraz buraxır
11 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir - SİYAHI
11 Dekabr 2024 Terminallar niyə qəpiklə ödəniş qəbul etmir?
10 Dekabr 2024 İqbal Məmmədovun şirkəti daha bir tender qanandı - 1,3 milyon vergi borcu var

Dünyapress TV

Xəbər lenti