Gələn ilin sonuna qədər qızılın qiyməti ABŞ dolları daha da möhkəmlənsə belə, bir unsiya üçün 3 min dollara çata bilər.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı proqnozu Amerikanın investisiya bankı "Goldman Sachs" verib.
Qeyd edilib ki, faiz dərəcələrinin aşağı düşməsi və qeyri-müəyyənliyin artması fonunda hər iki aktiv gələn il bahalaşa bilər.
"Goldman" analitikləri hesab edirlər ki, qızılın qiyməti əsasən ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin azaldılması miqyasından asılı olacaq.
Bildirilib ki, geosiyasi qarışıqlıq, o cümlədən tariflər, həm qızıla, həm də dollara fayda verir.
Əlavə edək ki, son bir il ərzində qızıl 33% bahalaşıb və hazırda bir unsiya üçün 2,7 min dollardan yuxarı satılır.