Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Ukraynalı fermerlər soğanın qiymətini artırmağı düşünür. Qiymət artımına səbəb məhdud sayda olan keyfiyyətli məhsul təklifinə tələbin artmasıdır. Soğanın ötən həftə ilə müqayisədə 35 faiz bahalaşdığı deyilir. Ekspertlərin fikrincə, əgər bazarda bu tendensiya güclənərsə, o zaman Ukraynaya soğan idxalı ənənəvi tarixlərdən tez başlaya bilər.

Sual yaranır: Azərbaycan Ukraynaya soğan göndərə bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, Azərbaycanda soğan olsa da, idxal olunan soğan daha çoxdur.

Onun fikrincə, öncə bazara baxılacaq:

“Bizdə soğan var, amma bazara baxacaqlar. Hər halda soğanın qiyməti baha olsa, doğrudan da sahibkarlar ona reaksiya verərlər. Lakin bilməliyik ki, Ukraynaya soğan satsaq, Azərbaycanın özündə qıtlıq yarana bilər”.

İqtisadçının sözlərinə görə, Ukraynada alıcılıq qabiliyyəti elədə yüksək deyil:

“Alıcılıq qabiliyyətinin yüksək olmadığı üçün Ukraynanın Azərbaycan və digər yerlərdən soğan alacağını düşünmürəm. Nisbi arta bilər, sonra da ayrı-ayrı ölkələrdən soğan gətirəcəklər. Bazar qanunları var. Bir yerdə qiymət artırsa, deməli, orada tələb çox, təklif azdır. Təbii ki, sonra təklif çoxalır deyə qiymət də stabilləşir. Bizdə soğanın müəyyən hissəsi başqa ölkədən gətirilir. İnanmıram ki, belə geniş imkanlarımız ola”.

İqtisadçı Xalid Kərimli deyib ki, bu cür imkanlar olsa, sahibkarlar buna reaksiya göstərər:

“Ukraynaya daha rahat Rusiya ərazisi ilə getmək olar, amma müharibə səbəbindən bu, mümkün deyil. Oralara getmək üçün gərək Türkiyə üzərindən keçib Bolqarıstana, oradan Polşaya, Polşadan da qayıdıb Ukraynaya daxil olsunlar. Axı hazırda ora maşınların, yüklərin getməsi çox ağrılı, uzunmüddətli prosesdir və bahalıdır. Ona görə də soğan kimi ucuz və tez xarab olan məhsulların bu formada Ukraynaya ixracı çətindır”.

Bölmənin digər xəbərləri

08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?

Dünyapress TV

Xəbər lenti