Parlamentdə təklif: “Kolxoz və sovxozlar yaradılsın”
Komitə sədri büdcə müzakirəsində həyəcan təbili çaldı: “Ərzaq səbətimizi dadsız, keyfiyətsiz məhsullarla, onkoloji statistika ilə doldururuq”

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayıb. Baş nazir Əli Əsədov və digər hökumət üzvlərinin də iştirak etdiyi iclasda deputatlar büdcə ilə bağlı fikirlərin i səsləndirib, təkliflər irəli sürüblər.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təklif edib ki, sənədsiz evlərin sənədləşdirilməsi məsələsi sürətləndirilməlidir: “Sənədsiz mənzillər sənədləşdirilsə, o bələdiyyəyə vergi verəcək. Hesab edirəm ki, bu proses sürətləndirilməlidir. Həmçinin bu gün torpaqların kateqoriyalılığı problemi var. Bir torpağın kateqoriyasının dəyişməsinə 6 nazirlikdən icazə alınmalıdır. Buna görə insanlar torpaqlardan istifadə edə bilmirləır. Bu məsələ də yoluna qoyulmalıdır".

“Həmin pul müəllimin, həkimin maaşlarına əlavə kimi gedə bilərdi”

“Azərbaycanla başqa ölkələrin vəziyyətini müqayisə etmək olmaz. Bəzi hallarda nazirlər ətraflı şəkildə rəqəmləri qeyd edirlər. Bəzən ölkəmizi Cənubi Qafqazın digəır ölkələri ilə müqayisə edirlər. Azərbaycan o qədər inkişaf edib ki, Avropa, Şərqi Avropa ölkələri ilə müqayisə edilə bilər. Azərbaycanın özündən asılı olmayaraq bəzi sahələrə vəsait ayırmağa məcburdur. 44 günlük Vətən müharibəsindən sonra minatəmizləməyə pul xərclənir. Bu olmasa, vəsait digər sosial problemlərin həllinə yönəldilər. 30 illik işğal müddətində xəstəxanalar, məktəblər dağıdılıb. Hər il 4 milyard bərpaya pul ayrılır. Həmin pul müəllimin, həkimin maaşlarına əlavə kimi gedə bilərdi. 1 milyon qaçqın saxlamışıq, çörək pulu verilir, bu, Avropada bəzi ölkələrin əhalisi deməkdir. Azərbaycanın vəziyyəti ilə başqasını eyniləşdirmək olmaz”, - deyə S.Novruzov vurğulayıb.

Komitə sədri: “Əhaliyə göstərilən tibbi xidmətlərdə problemlər var”

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib müzakirə zamanı qeyd edib ki, sosial sahə Prezident İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən biridir: “Gələn il səhiyyə xərclərinin 70,6 faizi icbari tibbi sığortaya yönəldiləcək və İcbari Tibbi Sığorta Fondunun maliyyə vəsaiti 3 milyard manata çatdırılacaq. Hesab edirəm ki, Fonda vəsait artımı xidmətlərin keyfiyyətinə də təsir edəcək”.

“Səhiyyə üzrə Dövlət Proqramı çərçivəsində müalicə alanlar da icbari tibbi sığorta ilə əhatələnir. Məncə, bu keçidi sürətləndirmək lazımdır. Əhaliyə göstərilən tibbi xidmətlərdə, ilkin tibbi xidmətdə problemlər var. Milli Məclisin Səhiyyə komitəsi müvafiq orqanlarla birlikdə ilkin tibbi xidmətlərdə problemlərlə bağlı dinləmə keçirəcək”, - deputat vurğulayıb.

Deputat: “Neftin qiyməti 60 dollara qədər düşdüyü halda...”

“Baza ssenari üzrə neftin qiymətinin 70 dollardan götürülməsi reallığa çox yaxındır. Beynəlxalq təşkilatlar da 2025-ci ildə neft qiymətləri üzrə proqnozu 70-80 dollar arasında veriblər. Maliyyə Nazirliyinin təqdimatına görə, qiymətin 60 dollara qədər düşdüyü halda dövlət büdcəsinin neft-qaz gəlirləri 340 milyon manat azalacaq. Bu halda belə hökumətin bu riski idarə etmək imkanları mövcud olacaq”. Bu sözləri isə çıxışı zamanı deputat Tahir Mirkişili səsləndirib.

Millət vəkilinin sözlərinə görə, qaz qiymətləri də baza ssenaridə göstərilən 242 dollardan çox olacaq: “Bu fərq həm də neft qiymətlərinin volatilliyini kompensasiya edə biləcək. Avropa Birliyi və Çin iqtisadiyyatında baş verən hadisələr qaza olan tələbatın artacağını deməyə imkan verir. Həm də nəzərə alsaq ki, dünyanın yaşıl enerji gündəliyində qaz “keçid yanaçaq” kimi qəbul edilir, o zaman, yaşıl gündəlikdə belə qaza olan tələbat artacaq”.

“Göyçaydan aparılan tinglərlə Kaliforniyada böyük nar plantasiyaları salınırdı, indi əksinə olub”

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə kənd təsərrüfatı sahəsinin inkişafı barədə maraqlı təklif səsləndirib. Deputat qeyd edib ki, sovxoz və kolxozlar üçün Belarus təcrübəsinə müraciət etmək olar: “Dövlətin maliyyə rezervlərini qorumaq, birinci növ tələbat mallarını təmin edən daxili və xarici iqtisadi əlaqələri genişləndirmək, ixracın-idxalın coğrafiyasını şaxələndirmək, daha təhlükəsiz ölkələrə keçirmək tələb olunur. Biz planlı kənd təsərrüfatı sisteminə qayıtmağı təklif etmirik. Müqayisə üçün, Belarus ildə 8.5 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edir. Ölkəmizin müvafiq göstəcisi 1 milyard dollardır. Beləliklə, əhalinin sağlamlığı və iqtisadi müstəqilliyimiz həm də kənd təsərrüfatından asılıdır. Ulu Öndər Heydər Əliyevin yaratdığı zəngin təsərrüfat ənənələrini, bitkiçilik, üzümçülük, heyvandarlıq sahəsindəki sortları, növləri necə qoruyub-saxlayaq?”.

“Yüksək məhsuldarlıq naminə Fransadan alma, İspaniyadan armud, xurma, Türkiyədən pomidor toxumları gətirib ərzaq səbətimizi dadsız, keyfiyətsiz məhsullarla, onkoloji statistika ilə doldururuq. Sonra xəstəliklərə qarşı büdcədən vəsait tələb edirik. Bəlkə səbəbi müalicə edək? İnsanlar məşhur Quba almasını, Göyçayın Mələs narını, Seylondan geri qalmayan Lənkəran çayını, Gədəbəyin ağçiçək kartofunu, Mil-Muğanın ətirli çörəyini tapa bilmir. Yaşlı nəsil həyatdan gedir, o əmək ənənələri və təcrübələri itir. Nəticədə geni modifikasiya olunmuş cəmiyyət qazanırıq. İyirminci əsrin əvvəllərində Göyçaydan aparılan tinglərlə Kaliforniyada böyük nar plantasiyaları salınırdı, indi əksinə olub. Qərbin texnologiyalarından imtina edə bilmərik, lakin hibrid məhsullar menyümüzü işğal etməli deyil. Bəlkə azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək, nümunəvi kolxoz və sovxozların bir neçəsini Zəngilanda, Qubadlıda, Laçında yaratsınlar. İnanın, azad olunan münbit torpaqlar, zəngin otlaq sahələri, əlverişli iqlim və düzgün investisiya siyasəti daxili tələbatı 100 faiz ödəyə bilər. Sağlam ərzaq təminatı hərbi təhlükəsizliyimizdən ayrılmazdır", - komitə sədri həyəcan təbili çalıb.

“Sərhədlərin açılması 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək”

Z.Oruc 5 ilə yaxındır bağlı qalan sərhədlər məsələsinə də toxunub: “Əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər”.

“Hesab edirəm ki, dövlətin maliyyə rezervlərini qorumaq, birinci növ tələbat mallarını təmin edən daxili və xarici iqtisadi əlaqələri genişləndirmək, ixracın-idxalın coğrafiyasını şaxələndirmək, daha təhlükəsiz ölkələrə keçirmək tələb olunur. Doğrudur, klassik müharibə qanunları dəyişib. 44 günlük savaş dövründə dövlətimiz beynəlxalq iqtisadi-siyasi əlaqələrini nəinki zəiflətmədi, əksinə gücləndirdi. Lakin dinc dövrə xas xərclər siyasəti yaxın gələcəkdə maliyyə, ərzaq, silah təminatında risklər yarada bilər. Növbəti ildə neft hasilatının azalmasının - 29.2 milyon tondan 2028-ci ildə 26.4 milyon tona düşməsinin qarşısını alan tədbirləri gücləndirməliyik”.

Milli Məclisdə gələn ilin büdcəsinin müzakirəsi sabah da müzakirə davam edəcək.

Müəllif: Anar Bayramoğlu
 
 


 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI

Dünyapress TV

Xəbər lenti