Ən zənginlər hansı sahələrdə işləyir? - Araşdırma
Bu il “Forbes” jurnalının dərc etdiyi “Dünya milyarderlərinin siyahısı”da texnologiya şirkətlərinin sahibləri ön pillədə qərarlaşıblar.

Siyahıya Fransanın “Louis Vuitton Moet Hennessy” holdinqinin (LVMH) baş icraçı direktoru Bernard Arno 233 milyard dollarlıq sərvəti ilə ikinci dəfədir ki, başçılıq edir.

Əvvəlki illərdə olduğu kimi bu dəfə də texnologiya sektorunda fəaliyyət göstərən iş adamları siyahıda öz mövqelərini tutmağı bacarıb. “Tesla”, “SpaceX2, “Neuralink” və “X” kimi dünyanın məşhur texnologiya şirkətlərinin sahibi İlon Mask 195 milyard dollarlıq sərvətlə siyahıda ikinci olub. Ötən il də Mask 180 milyard dollarlıq sərvəti ilə siyahıda ikinci yeri tutmuşdu.

Üçüncü yerdə “Amazon” e-ticarət platformasının yaradıcısı Ceff Bezos qərarlaşıb. Xüsusilə COVID-19 pandemiyasının başlaması ilə yüksələn Bezos 2020-ci ildə 113 milyard dollarlıq sərvətini bir il sonra 177 milyard dollara çatdırmışdı. 2022-ci ildə 171 milyard dollar sərvətə sahib olan Ceff Bezos 2023-cü ildə 114 milyard dollara enmişdi. “Amazon”nun sahibi builki siyahıda yenidən yüksəlib və 194 milyard dollar sərvətə sahib olmağı bacarıb.

Mark Zukerberq isə sərvətini üç dəfə artıraraq 4-cü yerdə qərarlaşıb. Vatsap, instaqram və feysbuk kimi dünyanın ən məşhur sosial media platformalarının daxil olduğu “Meta” şirkətinin baş direktoru Zukerberq bu ilin siyahısında sərvətlərini ən çox artıran iş adamlarından biri kimi diqqət çəkib.

“Forbes”in ötənilki siyahısında 64,4 milyard dollar sərvəti ilə 16-cı yerdə olan Zukerberq bu il sərvətini 177 milyard dollara çatdıraraq siyahıda 4-cü yerə yüksəlib.

“Oracle” şirkətinin qurucusu və baş direktoru Larri Ellison 5-ci olub. Bundan başqa, ilk onluqda “Microsoft”un qurucusu Bill Qeyts, “Microsoft”un keçmiş baş direktoru Stiv Balmer və “Google” şirkətinin həmtəsisçisi Larri Peyc qərarlaşıb.

“TikTok” tətbiqinin sahibi, “ByteDance” şirkətinin qurucusu Zhang Yiming siyahının ilk “onluğ”unda qərarlaşa bilməyib.“Forbes” in araşdırmasına görə, Zhang Yiminq 43,4 milyard dollarlıq sərvətə malikdir. Bununla da siyahıda 27-ci yerdə qərarlaşıb. (AZƏRTAC)
 
 
 

Bölmənin digər xəbərləri

09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ

Dünyapress TV

Xəbər lenti