Azərbaycanda qəribə bahalaşma -
Azərbaycanın ən böyül mobil operatoru olan “Azərcell” mobil internetin qiymətlərini artırıb. Onsuz da bahalı olan xidmətin bahalaşmasının səbəbləri hələlik açıqlanmayıb.

“Cable.co.uk” resursunun məlumatına görə, ölkəmizdə 1 GB-ın qiyməti 1,76 dollardır və bu nəticə ilə dünyanın 223 ölkəsinin daxil olduğu reytinqin ortasında qərarlaşırıq. Müqayisə üçün qeyd edək ki, Rusiya 1 GB-ın orta qiyməti təxminən 0,48 dollar olmaqla 30-cu yerdədir.

“Cable.co.uk” analitikləri deyirlər ki, uzun müddətdir hər yerdə mövcud olan 4G infrastrukturu və ya yeni 5G infrastrukturu olan ölkələr cədvəlin daha ucuz sonundadır. Bunun səbəbi onların planlarının orta göstəricidən əhəmiyyətli dərəcədə daha çox məlumat təklif etmələri və məhdudiyyətlərin adətən yüzlərlə gigabayt olması və ya mövcud olmamasıdır. Ona görə də bu ölkələrdə bir gigabaytın qiyməti çox aşağı olacaq.

Mobil internetin bahalaşmasının səbəbi nədir və “Azercell” niyə xidmətinin qiymətini artırmaq qərarına gəlib?

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz AYNA-ya şərhində deyib ki, bu suala birmənalı cavab vermək mümkün deyil: “Mənə qiymətlərin artırılmasının və tarif planlarının dəyişdirilməsinin səbəbləri ilə bağlı çoxlu suallar gəlir, lakin onlara cavab vermək mümkün deyil. Belə çıxır ki, mobil rabitə bazarında dominant mövqe tutan şirkət heç bir əsas olmadan zənglərin və məlumatların ötürülməsinin, SMS-in qiymətini qaldırıb, tarif şərtlərini dəyişib. Bütün bunlar əsassızdır və olduqca qəribə görünür”.

“İnanıram ki, bu sahəyə məsul olan dövlət qurumu mövcud vəziyyətə baxıb, bunun nə dərəcədə qanunauyğun olması ilə bağlı bir nəticə çıxaracaq. Hesab edirəm ki, mobil rabitə bazarında rəqabət mühitini də öyrənmək lazımdır. Görəsən, hansı səbəblər şirkəti tarifləri artırmağa vadar edib, onun xərcləri artıbmı? Ümumiyyətlə, “Azercell”in milliləşdirilməsindən sonra investisiya və şəbəkə xərclərinin dinamikasını, həmçinin qiymət artımlarını təhlil etmək faydalı olardı”, - deyə ekspert bildirib.

Həmsöhbətimizin fikrincə, bütün bu suallara cavab verilənə və müvafiq nəticə çıxarılana qədər tarif siyasəti planlarında yeni artımlar və dəyişikliklər dayandırılmalıdır: “Eyni zamanda, xidmətlərin keyfiyyəti və yeni texnologiyalardan istifadə haqqında düşünmək daha məntiqli olardı. Bununla bağlı qeyd etmək istərdim ki, qonşu ölkələrdə tariflər nisbətən aşağıdır, tətbiq olunan texnologiyaların səviyyəsini müqayisəli qiymətləndirmək olmaz”.

“Qonşu ölkələrin mobil operatorları bizdən daha çox sərmayə qoyurlar – son illərdə onlar 5G şəbəkəsi üçün lisenziya alıblar və yeni şəbəkələr təqdim edirlər. Bütün bu yeniliklər əhəmiyyətli investisiyalardan asılıdır. Amma ölkəmizlə müqayisədə belə yüksək xərclər olsa da, qonşu ölkələrdə qiymət artımı müşahidə olunmur. Ona görə də ümid edirəm ki, aidiyyəti strukturlar baş verənlərlə bağlı əsaslı izahat verəcək”, - deyə Gündüz vurğulayıb.

Bu baxımdan “Cable.co.uk”un gəldiyi nəticə maraqlıdır. Britaniya agentliyinin ekspertləri belə qənaətə gəliblər ki, uzun müddətdir hər yerdə mövcud olan 4G infrastrukturu və ya yeni 5G infrastrukturu olan ölkələr reytinqin daha ucuz hissəsində yer alır.

“Bu ona görədir ki, onların planları orta göstəricidən əhəmiyyətli dərəcədə daha çox məlumat təklif edir və məhdudiyyətlər adətən yüzlərlə gigabaytdır və ya mövcud deyil. Ona görə də bu ölkələrdə bir giqabaytın qiyməti çox aşağı olacaq”, - deyə agentlik yazır.
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI

Dünyapress TV

Xəbər lenti