AYNA 7,6 milyonluq tenderi riskli vergi ödəyicisi olan şirkətə necə verib?
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi Agentliyin fəaliyyət istiqamətləri üzrə digər informasiya sistemlərinin yaradılmasına dair işlərin satın alınması üzrə 02.10.2023-cü il tarixdə başladığı dəyəri 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan aşıq Tender müsabiqəsinə yekun vurub və “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyəti ilə 7.600.380 manat məbləğində satınalma müqaviləsi bağladığını 08.01.2024-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlamışdır.

Tenderin şərtlərinə görə QSC müqavilənin bağlandığı tarixdən 40 təqvim günü ərzində AYNA-nın nəzarət funksiyalarını həyata keçirən əməkdaşları üçün “İnzibati xətalar” informasiya altsisteminin yaradılması, “Elektron rəy” informasiya sisteminin yaradılması, “Müntəzəm avtobus marşrutlarının monitorinqi (AVM)” sistemi”nin yaradılması,“Reysqabağı texniki yoxlama və tibbi müayinə” informasiya sisteminin yaradılması, “E-taksi” altsisteminin yaradılması xidmətlər göstərəcək.

Amma maraqlı hal orasındadı ki,başqalarına 40 günə informasiya sistemləri yaradan QSC özünə 8 ildə bir veb səhifə, bir portal belə yaradıb üzə çıxarmayaıb. Açıq mənbələrdə 8 milyon manat civarında dövlət sifarişi alan adı çəkilən Qapalı Səhmdar Cəmiyyəti barədə heç bir məlumat yoxdu. Maraqlıdır özünün sadə bir veb-səhifəsi belə olmayan QSC AYNA-nın informasiya sistemlərinin yaradılması işlərini necə həyata keçirəcək.

Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinin 10.02.2016-cı il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000.00 manat olan MMC-nin hüquqi ünvanı , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MƏRDANOV QARDAŞLARI, ev 117C, RİTZ PLAZA, m. 6-cı MƏRTƏBƏ, qanuni təmsilçisinin isə Hacıyev Oqtay Rafiq oğlu olduğu göstərilir.

“AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinin təsisçisi Həbibov Ədalət Nurəddin oğludur. Açıq internet mənbələrində onun da barəsində heç bir məlumat yoxdu. QSC-yə 31.10.22 – 12.06-23 -cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti – dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edən “ADY Ekspress” MMC-nin direktoru olmuş Vüqar Mirqasımov Kamil oğlu da rəhbərlik edib.

QSC haqqında məlumat bu qədər. Bir də Dövlət Verği Xidmətinin məlumatlarında göstərilir ki, “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinə vergi bəyannamələrini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Verği Xidmətinin məlumatlarında həmçinin göstərilir ki, “AZ SOFTVARE SYSTEM ” QSC riskli vergi ödəyicisidir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmiləri 8 milyon manat civarında satınalma müqaviləsi bağlayında “AZ SOFTVARE SYSTEM ” QSC riskli vergi ödəyicisi olduğunu görməyiblərmi?

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir. O, buna qədər ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini işləyib.(aktualinfo.org)

Bölmənin digər xəbərləri

08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI

Dünyapress TV

Xəbər lenti