Mükafatla satılan neftin qiyməti azalır: Azərbaycanın “qara qızıl”ına necə təsir edəcək?
Səudiyyə Ərəbistanı bazarda tələbatın azalması fonunda fevral ayında neft tədarükünün qiymətlərini azaldacaq.

Belə ki, “Arab Light” brendi üçün neftin qiyməti hər barelinə görə 1,5-2 dollar ucuzlaşdırılıb.

Bəs bu hal Azərbaycan neftinin qiymətinə təsir edəcəkmi?

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, artıq bir neçə ildir ki, Səudiyyə Ərəbistanı neft bazarının tənzimlənməsində öz maraqlarından çıxış edir:

“Bu ölkə bazara dörd markada neft ixrac edir və yüksək qiymətə satır. Hazırda da analoji addımları atırlar. Səudiyyə Ərəbistanı Şimali Amerika, Şimal-Qərbi Avropa, Aralıq dənizi, Asiya və Sakit okean ölkələrinə ixrac etdiyi neftin qiymətində mükafat tətbiq edir. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı təxminən doqquz milyon bareldir. Onun təxminən 5,3 milyon bareli beynəlxalq bazarlara çıxarılır. Burada da itirəcəyi heç bir şey yoxdur. Bununla bağlı iki versiya var.

Bunlardan biri OPEC (The Organization of the Petroleum Exporting Countries) və müttəfiq dövlətlərin neft hasilatında artımın baş verməsi nəticəsində bazarı təsir altına almasıdır. Digər versiya isə Asiya və Sakit okean ölkələri bazarlarında neft emalı zavodlarının ildə bir dəfə texniki baxışa dayandırılmasıdır. Neft qiymətlərinin bu ilin ilk rübündə kəskin azalma ehtimalı yoxdur. Çünki bazarlar dəyişib, tədarük mənzili uzanıb, neftin axın xətlərində ciddi dəyişikliklər baş verib.
Eyni zamanda, Qırmızı dənizin şərq və qərbində neft balansının pozulması, HƏMAS-İsrail qarşıdurması və bu kimi digər gərginlik nəticəsində qiymətin azalma ehtimalı ləğv edilir. Dünyada mövcud neft emalı zavodlarının təmin edilməsində Yaxın Şərq ölkələrinin rolu danılmazdır. Bu ölkələrin ixrac qabiliyyəti geosiyasi fonda təhdid altına düşərsə, qısa zamanda neft məhsullarının balansı pozulacaq və xammalda güclü problem yaşanacaq. Nəticədə də qiymətlər sürətlə artacaq”.

Ekspert vurğulayıb ki, Azərbaycan nefti uzun illərdir ki, Aralıq və Qara dənizin enerji bazarlarında mükafatla satılır:

“İxrac etdiyimiz neft məhsullarının brend etalonu mükafatla satılır. Bizim neftin alıcı ölkələri sırasında Avropa nümayəndələri var. Bizim İsrailə, Hindistana, Çinə satdığımız neft az kükürdlüdür və emal xərci olduqca aşağıdır. Neftimiz bu il də mükafatla satılacaq. Bir məsələni qeyd edim ki, ötən il dünyanın avtomobil benzininə olan birgünlük tələbatı 26,7 milyon barel olub. Bu göstərici pandemiyadan əvvəlkindən də yüksəkdir.

Enerji keçidini müdafiə edən analitiklər bəyan edirdilər ki, pandemiyadan sonra benzinə olan tələbat azalacaq. Amma bazar bu proqnozları rədd etdi. Azərbaycan nefti də öz satış bazarını qoruyub-saxlayacaq. Liviyada neft hasilatının dayandırılması, tədarükündə problemlərin yaşanması bizim neftin satış bazarını daha da möhkəmləndirir. Yəni bu addımların Azərbaycan neftinə heç bir aidiyyəti yoxdur və ola da bilməz”.

İlhamə Əbülfət
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI

Dünyapress TV

Xəbər lenti