2500 manatdan çox maaş alanlar… – Millət vəkili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sonuncu iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olundu. Müzakirələrdə çıxışım zamanı vergi siyasəti ilə bağlı bir sıra məqamlara toxundum. Öncə qeyd etmək lazımdır ki, Dövlət Vergi Xidməti ilə son illər faydalı əməkdaşlıq mühiti formalaşıb ki, bu da qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi töhfə verir.

Bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

Millət vəkili bildirib ki, layihədə müzakirə edilən məsələlərdən biri Azərbaycanda vətəndaşların 200 manata qədər aylıq faiz depozit gəlirlərinin vergidən azad olunması ilə bağlı olub:

“Layihəyə əsasən, vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə əldə etdikləri faiz gəlirləri vergidən tamamilə azad olunacaq. Qeyd etdim ki, əmanət faizləri ilə bağlı təklif olunan güzəştin məbləği azdır, onun artırılması məqsədəuyğudur. Təklif etdim ki, 200 manata qədər deyil, minimum əmək haqqı məbləğində aylıq faiz gəlirləri vergidən azad edilsin. Bu, bankda depozit saxlanılmasını təşviq edə bilər. Digər tərəfdən, oktyabrın 1-nə Azərbaycan banklarında 12,7 milyard manat əmanət olub ki, onun da təxminən yarısı 4 bankın payına düşüb. Həmin banklarda da illik faizlər orta hesabla 6% və daha aşağıdır. Buna görə də güzəşt məbləğinin artırılmasına ehtiyac var”.

Bayramov qeyd edib ki, banklar ilə bağlı ikinci təklif etdiyi məqam sahibkarların bank hesablarında vergi sərəncamlarının qoyulması ilə əlaqədardır:

“Belə ki, sahibkarın vergi borcu olan zaman onun bütün hesablarına sərəncam qoyulur və nəticədə bu, sahibkarın fəaliyyətinə neqativ təsir göstərir. Məsələn, sahibkarın 3 bankda hesabı varsa və 40 min manat borcu varsa, onda onun hər 3 bankdakı hesabına sərəncam göndərilir. Halbuki, bir hesabında 40 min manatdan daha çox vəsaiti olarsa, sadəcə o hesaba sərəncam qoyulması yetərli olur. Buna görə də təklif etdim ki, belə hallarda digər hesablara sərəncamlar göndərilməsin və sahibkar o vəsaitlərindən istifadə edə bilsin”.
Ətraflı

Millət vəkili həmçinin, minimum əmək haqqının gəlir vergisindən azad olunması təklifini irəli sürüb:

“Hazırda fiziki şəxslərin əmək haqqlarının 200 manat olan hissəsi vergidən azaddır və bu baxımdan daha yaxşı olar ki, minimum əmək haqqı məbləğində hissə vergidən azad olunsun. Bu gün dünyanın əksər ölkələrində minimum əmək haqqı vergiyə cəlb olunmur. Minimum əmək haqqı alan vətəndaşlarımızın az təminatlı insanlarımız olduğunu nəzərə alaraq onların gəlirlərinin vergiyə cəlb olunmamasını təklif etdim.

Əmək haqqı ilə bağlı digər məqam fiziki şəxslərin gəlir verigisində diferensial 2500 manatın artırılması ilə bağlıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) münasibətdə gəlir vergisi vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 200 manat vergidən azad olunur, bundan sonra qalan məbləğin 14 faizi vergiyə cəlb edilir. 2500 manatdan çox olduqda isə bu məbləğin 350 manatı vergidən azad olunur, qalan məbləğin 25 faizi vergiyə cəlb olunur. 2500 manatlıq hədd 2013-cü ildən etibarən tətbiq edilir. Ötən 10 illik inflyasiya səviyyəsini nəzərə aldıqda real olaraq bu məbləğ iki dəfəyə yaxın artırılmalıdır. Bu baxımdan, təklif edirəm ki, 2500 manat ən azı 4000 manatadək artırılsın. Bununla da 2500 manatdan 4000 manatadək olan gəlir 25 deyil, 14 faizlə vergiyə cəlb olunsun.

Müzakirələr zamanı güzəştlərin maliyyə yükünün hesablanması metodologiyasının təkmilləşdirilməsi, sektoral və eləcə də rəqabətə təsirlərin müəyyənləşdirilməsi ilə bağlı da təkliflərimiz təqdim olundu”.
 

Bölmənin digər xəbərləri

05 Mart 2025 Bu ölkə Rusiyadan neft alışını dayandırdı
05 Mart 2025 "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarından pul götürənlərin Nəzərinə - Çıxış yolları və …
05 Mart 2025 Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var - TƏFƏRRÜAT
04 Mart 2025 “VTB Bank Azərbaycan”ın Mərkəzi Banka və dövlət fondlarına borcu 60 milyonu ötüb
03 Mart 2025 Pula qənaət etməyin 5 qızıl qaydası
03 Mart 2025 Britaniya 1,6 milyard funt sterlinq verəcək
03 Mart 2025 ABŞ Ukrayna ilə nadir torpaq metalları üzrə müqaviləni imzalayacaq? - Nazirdən AÇIQLAMA
02 Mart 2025 Türkiyənin məşhur markası Azərbaycan üzərindən Orta Asiyaya açılmağı hədəfləyir
02 Mart 2025 Qiymətlər yenidən sürətlə artmağa başlayıb — SƏBƏB NƏDİR?
02 Mart 2025 Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi
01 Mart 2025 Mərkəzi Bank: Kreditlərin maya dəyəri artıb
01 Mart 2025 Büdcə strukturlarında ixtisarlar - DETALLAR
01 Mart 2025 Asiya ölkəsi dünyanın ən uzun qaz kəmərini çəkəcək
28 Fevral 2025 Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi 40% artıb– Rəsmi
28 Fevral 2025 Lizinqdə olan avtomobilləri niyə onlayn sığortalamaq olmur? - Rəsmi cavab
28 Fevral 2025 Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... Avropada ciddi iqtisadi böhran yarada bilər
27 Fevral 2025 Bitkoinin qiyməti 85 min dollardan aşağı düşüb
27 Fevral 2025 Mədəniyyət Nazirliyi deputatın qohumu ilə anlaşdı: 200 minlik gül alacaq
27 Fevral 2025 Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
27 Fevral 2025  Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…

Dünyapress TV

Xəbər lenti