İqtisadçılar ziyanına fikir bildirmir: - Nöqsanlar AZALacaq!
Bu gün (ötən gün, 24 oktyabr - red.) AZAL-ın birinci vitse-prezidenti, quruma rəhbərlik edən Samir Rzayevın dəvəti ilə onun ofisində görüşdüm. Bu günə qədər AZAL-la bağlı publik səsləndirdiyim tənqidi məqamları, cəmiyyətdə yaranmış fikirləri Samir müəllimə dedim.

Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, çox ətraflı və maraqlı müzakirə olub:

“Haqlı tənqidləri qəbul etdi, bəzi mözvulara aydınlıq gətirdi – məsələn, mənim də ən çox tənqid etdiyim məqamlardan biri regionlarda olan hava limanlarının boş qalması, AZAL-ın bu limanlardan effektiv istifadə etməməsidir ki, bu da AZAL-a əlavə xərc və yük gətirir. Hörmətli Samir müəllim dedi ki, bütün hava limanları ilə bağlı, hətta simvolik icarə haqqına razı olmaqla xarici şirkətlərə müraciət olunub, danışıqlar gedir. Yəni bu məsələdə AZAL-ın indiki rəhbərliyi danışıqlara da, qərar verməyə də hazırdır.

Ən vacib məsələ: qiymətlərin baha olması ilə bağlı tənqidləri də normal qarşıladı, bu yöndə ciddi işlər apardıqlarını dedi, bəzi aksilayaların, məsələn, Türkiyədə oxuyan tələbələrə güzəştli biletlər satılmasının artıq həll olunduğunu, bu yanaşmanın başqa ölkələrdə oxuyan tələbələrə də şamil olunması üçün işlər görüldüyünü dedi. Qiymətlərin aşağı düşməsi üçün xərclərin azaldılması proqramı olduğunu söylədi, artıq keçən illə müqaisədə xərclərin 15% aşağı salınmasına nail olduqlarını, bunun da qiymətlərə təsir etdiyini vurğuladı. Yaxın zamanlarda yeni qiymət endirimlərinin olacağını da söylədi”.

Ekspert qeyd edib ki, dövlət orqanlarının və şirkətlərinin tənqidi çıxışlara belə dəvətlərlə reaksiya verməsi pozitivdir, təqdir olunası məqamdır:

“Sonda Samir müəllim AZAL-da İctimai Şura yaradılacağını, bu qurumun AZAL-ın şəffaf işləməsinə, siyasətinə təsir edəcəyini də söylədi və məni də bu qurumun işində iştirak etməyə dəvət etdi. Mən öz adıma deyə bilərəm ki, cəmiyyət, ictimayyət üçün pozitiv dəyişikliklərə dəstək verməyə həmişə hazıram. Mərkəzi Bankdan sonra AZAL rəhbərinin də belə görüşlər keçirməsi yaxşıdır – təki bu müzakirələr ölkədə dəyişikliklərə, ciddi qərarlara səbəb olsun”.

Qeyd edək ki, Mərkəzi Bankın sədri də bu qurumun işini tənqid edən Natiq Cəfərli ilə görüşmüşdü.

Natiq Cəfərlinin tənqidləri konteksində onunla görüşlərin keçirilməsi barəsində “Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, iqtisadçılar heç bir zaman hər hansısa müəssisənin ziyanına fikir bildirmir. Əksinə həmin qurumların inkişafı üçün deyir:

“Natiq müəllim dəyərli və peşəkar iqtisadçı həmkarımızdır. O, çıxışlarında reyslərin əlçatanlığının təmin olunmasından həmçinin vətəndaşlara xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində fikirlər səsləndirirdi. İqtisadçıların fikri özünü doğrultmaya bilər amma hər bir halda işin tarazlığına və inkişafına yönəlmiş olur. Natiq Cəfərlinin tənqidlərinə Mərkəzi Bankın və AZAL-ın reaksiya göstərib, onunla görüşlər keçirilməsi pozitiv bir addımdır. Tənqid inkişafa aparan yoldur. Nöqsanı aradan qaldıracaq dəhlizdir. Mənim özümə də dəfələrlə dövlət orqanlarının ayrı-ayrı şəxsləri məsləhət nöqteyi-nəzərdən müraciətlər ediblər. Onlarla əməkdaşlığımız mövcuddur. Dövlət orqanları tənqidə qərəzli şəkildə baxmamalıdır”.

İqtisadçının tənqidləri konteksində onunla söhbət aparılması təqdirə layiq haldır. Bəs aparılan müzakirə mövzularında müsbət dəyişikliklər olurmu? Əsas məsələ budur.

“Sherg.az”ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Mərkəzi Bankla görüşlərdən sonra irad bildirdiyimiz məsələlərin inkişafı yönündə bəzi müsbət irəliləyişlərin baş verdiyinin şahidiyik:

“Orada qaldırılan məsələlərdən biri qiymətli kağızlar bazarının canlandırılması məsələsi idi. Son 6 ayda 70 faizdən çox bu sahədə qiymətli kağızlar dövriyyəsində artım var. Bundan başqa Mərkəzi Bankın çevik davranaraq günlük, həftəlik repo hərracların keçirilməsi məsələsi müzakirə edilmişdi. Bu da həllini tapıb. Mərkəzi Bankda verilən qərarlar, edilən dəyişikliklər bəzən aylar, illər çəkə bilir. AZAL-la görüş yeni baş tutub. Onların da bu istiqamətdə addımlar atacağına əminəm. İstənilən halda dövlət orqanlarının belə tənqidlərə açıq olması kifayət qədər müsbət haldır”.
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI

Dünyapress TV

Xəbər lenti