Azərbaycanda qiymətləndirmə ilə bağlı yeni qanunun qəbulu sektora necə təsir edəcək?
Azərbaycanda “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi sabah Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirə olunacaq. Qanunun qiymətləndiricilərin statusuna aydınlıq gətirəcəyi, qiymətləndiricilərin özünütənzimləmə mexanizminin və inzibati təsir rıçaqlarının formalaşmasına səbəb olacağı, eyni zamanda qiymətləndiricilərin reyestrini həyata keçirməyə imkan yaradacağı bildirilir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlamasında yeni qanunun bu sahədə nəyi dəyişəcəyinə toxunub:

“Mövcud qanun layihəsi 25 il öncə qəbul olunub və yenilənmələrə ehtiyac var. Azərbaycan Qiymətləndiricilər Palatasının da formalaşdırılması təqdirəlayiqdir. Baxmayaraq ki, ötən dövr ərzində AQC aktiv fəaliyyət göstərib və ölkədə qiymətləndiricilərin yeganə kollektiv təşkilatı olub, inzibati təsir rıçaqlarının olmaması qarşıda duran əsas maneələrdən olub.

Ümid edirik ki, yeni qanun layihəsi və yeni yaranacaq Palata Azərbaycanda qiymətləndiricilərin qarşılıqlı və koordinasiyalı fəaliyyətinin təşkilində, bu sahədə şəffaflığın təmin olunmasında, peşəkar qiymətləndiricilərin yetişməsində xüsusi rol oynayacaq. Bu, qiymətləndiricilərin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır və AQC olaraq biz də bu prosesdə fəal iştirak etmək niyyətindəyik. Ümidvarıq ki, 25 il mövcud olmuş qiymətləndirmə mexanizminin hüquqi varisliyi məsələsi də diqqətdən kənarda qalmayacaq. Bu gün cəmiyyətdə 60 peşəkar qiymətləndirmə şirkəti təmsil olunur ki, onlar yüzlərlə qiymətləndiricinin mövqeyini ifadə edirlər”.

O bildirib ki, yeni qanun layihəsində kifayət qədər mütərəqqi məqamlar olsa da, müəyyən dəyişikliklərə də ehtiyac var:
“Qiymətləndirmə fəaliyyətinin məzmunun müəyyən edilməsi və tənzimlənməsi, qiymətləndiricilərin müstəqilliyinin təmin edilməsi, qiymətləndirmə fəaliyyətinin tənzimlənməsinin mexanizmlərinin, beynəlxalq standartların tanınması və tətbiqi, əmlakın dəyəri üzrə məlumat bazasının yaradılması, müstəqil qiymətləndiricilərin həmin bazalara daxil olmasına şərait yaradılması, müvafiq sertifikatların sayının mimimuma endirilməsi, qiymətləndirməni tənzimləyən və təşkil edən Palatanın fəaliyyət dairəsinin sahəsini tam əhatə etməsi, qiymətləndirici şirkətlərin inklüziv yanaşma əsasında inkişafının təmini və digər təkliflərimizi həm layihənin ideya müəllifi olan İqtisadiyyat Nazirliyinə, həm də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə təqdim etmişik.

Qarşıda duran əsas məsələ yeni qanunun qiymətləndiricilərin təkliflərini nəzərə alaraq qəbul etmək və qanunun işlək mexanizmlərinin yaradılmasına nail olmaqdır. Əminik ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun Azərbaycanda qiymətləndirmə sektorunun tərəqqisinə gətirib çıxaracaq”.

V. Oruc vurğulayıb ki, AQC Qiymətləndiricilər Palatası yaradılandan sonra da fəaliyyətini davam etdirəcək: “Cəmiyyətimiz Azərbaycan Qiymətləndiricilər Palatasının fəaliyyətində aparıcı rol oynamağa çalışacaq. Qiymətləndirmə sahəsində qarşılaşdığımız problemlərin həllində yaxından iştirak edərək, onların aradan qaldırılmasına töhfəmizi verəcəyik. Yəni, fəaliyyətimiz bundan sonra davam edəcək. Hesab edirik ki, Azərbaycan Qiymətləndiricilər Palatasının fəaliyyətə başlaması AQC-nin fəaliyyətinin zəifləməsinə yox, daha da inkişafına rəvac verəcək”./report.az
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI

Dünyapress TV

Xəbər lenti