"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən
"Rafael Ağayev Azərbaycan Karate Federasiyasının (AKF) deyil, "Azərbaycan Milli Karate Federasiyası" İctimai Birliyinin vitse-prezidentidir".

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayev tanınmış karateçi Rafael Ağayevin ötən gün mətbuata verdiyi açıqlaması barədə danışarkən deyib. Musayev Ağayevin sözlərinə də aydınlıq gətirib:

"O qeyd edib ki, əvvəllər Azərbaycanda çoxsaylı federasiyalar var idi. Son illər Gənclər və İdman Nazirliyinin apardığı idman siyasəti və eyni zamanda “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanununa görə bir idman növü üzrə yalnız bir federasiya akkreditasiyadan keçə bilər. Karate üzrə də Azərbaycanda akkreditasiyadan keçmiş tək qurum Azərbaycan Karate Federasiyasıdır.

1992-ci ildə biz - Füzuli Musayev, Ülvi Quliyev, Əhməd Hətəmov, Mirəli Seyidov, Yaşar Bəşirov və digərləri ilə Azərbaycan Karate-Do Federasiyasını yaratdıq. 1997-ci ildə federasiyaların sayının artmasından sonra vahid Azərbaycan Karate Federasiyalar Assosisasiyası formalaşdı. Bura çoxsaylı federasiyalar daxil idi. Qanunda isə hər idman növü üzrə 1 federasiya nəzərdə tutulurdu. İndi də bu tətbiq olunub. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən çoxsaylı federasiyalar var, amma onların heç biri Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiyadan keçməyib. Ona görə də rəsmi faəliyyət göstərə bilməzlər”.

Füzuli Musayev bildirib ki, Azərbaycan Karate Federasiyasının tərkibində 6 keçmiş federasiya üslub kimi fəaliyyət göstərir:

“Onlardan biri də "Azərbaycan Milli Karate Federasiyası" İctimai Birliyidir. Amma o da digər status almamış federasiyalar kimi bizdə üslub olaraq (idman karatesi) qeydə alınıb. Həmin ictimai birliyə də Yaşar Bəşirov rəhbərlik edir.

Bizim çox hörmətli idmançımız, fəxrimiz, mənim tələbəm Rafael Ağayev çıxışlarında karyerasını bitirəcəyini və federasiyada çalışmaq istədiyini bildirdi. Ona baş məşqçi kimi fəaliyyət göstərmək təklif edildi, ancaq müəyyən səbəblərdən istəmədi. Ona "Milli Karate Federasiyası" İB -də vitse-prezident kimi qalmaq təklif edildikdə qəbul etdi. Həmin İctimai Birlik bu gün bizim tərkibimizdədir. Onun rəhbəri Yaşar Bəşirov iclas keçirəndə Rafael Ağayevi çağırar, ya çağırmaz, ona biz heçnə edə bilmərik. Rafael Ağayev bizim öz federasiyamızın tədbirlərinə dəvət edilir. İclaslarımızda isə ancaq rəhbərlik və üzvlərimiz iştirak edir. Buraya heç kim dəvətlə çağırılmır, ümumi elan olunur və hamı iştirak edir. Rafael Ağayev istefa vermək istəyirsə, bu, şəxsi qərarıdır. Amma mən heç vaxt onun ayrılmasını istəməzdim. Biz danışanda dedim ki, "Rafael, görüşərik". Mən düşünürəm ki, Rafael kimi idmançını, karatemizin simasını heç kim itirmək istəməz. Çünki Rafael dünyada tanınmış idmançıdır. Onun hər zaman yanımızda yeri var, düşünürəm ki, bunların hamısı düzələcək. Biz Allahın köməkliyi ilə ondan faydalı istifadə edəcək, Azərbaycanın gələcək karateçilərini də Rafaellə birgə yetişdirəcəyik”.
 

Bölmənin digər xəbərləri

22 Yanvar 2025 Sevgilisi ilə Rusiyada EVLƏNDİ
21 Yanvar 2025 Kloze: "Mahir artıq necə və harada hərəkət etməli olduğunu yaxşı bilir"
20 Yanvar 2025 Traktor komandasının futbolçuları Təbrizdə xərçəng xəstəliyi olan uşaqlarla görüşüb
18 Yanvar 2025 "Beşiktaş" qapıçısı ilə müqavilə müddətini artırıb
15 Yanvar 2025 İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə büdrədi
15 Yanvar 2025 Bu futbolçu mərc etdiyi üçün SAXLANILDI - 3 ilədək həbs gözləyir
14 Yanvar 2025 Paris Olimpiadasının qalibləri 100-dən çox medalı GERİ QAYTARDI - FOTO
13 Yanvar 2025 “Braziliya klubuna gedir” - Qurbanov Juninyo haqda
13 Yanvar 2025 Superkuboku "Barselona" qazandı - "El-Klassiko"da 7 qol- VİDEO
13 Yanvar 2025 Həbib Nurməhəmmədov ABŞ təyyarəsindən endirildi - VİDEO
12 Yanvar 2025 “Juninyonun transferi ilə bağlı razılıq əldə olundu”
12 Yanvar 2025 Ötən il 42 dəqiqə futbol oynayıb, amma qazancı 110 milyondur
11 Yanvar 2025 Vaqif Cavadovun köməkçiləri müəyyənləşdi
11 Yanvar 2025 ABŞ Rusiya Futbol İttifaqının rəhbərinə qarşı sanksiyalar tətbiq etdi
10 Yanvar 2025 İspaniya Superkuboku: İlin ilk "El-Klasiko"su baş tutacaq
09 Yanvar 2025 İngiltərə Liqa Kuboku: "Liverpul" səfərdə "Tottenhem"ə uduzdu
08 Yanvar 2025 “Qarabağ”ın iki oyununa azarkeşlər buraxılmayacaq
07 Yanvar 2025 İspaniya Kuboku: Arda Güler dubl etdi, "Real Madrid" mərhələ adladı
07 Yanvar 2025 Türkiyə Futbol Federasiyasından SENSASİON QƏRAR
06 Yanvar 2025 Məhəmməd Salah qol sayında Tyerri Anriyə çatdı

Dünyapress TV

Xəbər lenti