Amerikalı tennisçi Sebastian Korda oğurluğun qurbanı olub. Publika.az xəbər verir ki, hadisə Monte Karloda Masters seriyası turnirinin başlamasına bir neçə gün qalmış baş verib.
“Le Figaro” xəbər verir ki, ötən cümə axşamı axşam dünyanın 27-ci raketka ustasına Roquebrune-Cap-Martin küçəsində iki naməlum şəxs tərəfindən hücum edilib və onun 300 min avro dəyərində olan “Richard Mille” saatı qarət edilib.
Hazırda kommunal polis tərəfindən araşdırma aparılır. Səlahiyyətlilər təcavüzkarlardan DNT nümunələri götürə biliblər. Bundan başqa, cinayət anı kameraya düşüb.
Türkiyənin Peşəkar Futbol İntizam Şurası "Fənərbaxça"ya Super Kubok oyununa görə 0:3 hesablı texniki məğlubiyyət verib, "Qalatasaray" qalib elan olunub.
"Fənərbaxça" həmçinin 4 milyon lirə cərimə edilib. Digər tərəfdən, "sarı-lacivərdi"ləri meydandan çıxaran klub rəsmisi Ahmet Ketenci 60 günlük qadağa qoyulub və 520 min lirə cərimə olunub.
Super Kubok matçı zamanı "Qalatasaray" azarkeşlərinin meydanda baş verən insidentlər və şüarlara görə "sarı-qırmızılar" ümumilikdə 212 min lirə ziyana düşüb.
Bu qərarlardan sonra 2022/23 Super Kubokunun sahibinin "Qalatasaray" olduğu qeydə alınıb.
Qeyd edək ki, "Fənərbaxça"nın 19 yaşadək futbolçulardan ibarət komandası Türkiyə Super Lubokunun finalında "Qalatasaray"la matçın 3-cü dəqiqəsində meydandan çəkilmişdi. Oynun 50-ci saniyəsində Mauro İkardi qol vurub.
“Fənərbağça” klubunun rəsmiləri son zamanlarda baş verən hadisələrlə bağlı iclas keçiriblər.
Məlumata görə, klubun prezidenti Ali Koç, komandanın baş məşqçisi İsmail Kartalın və futbolçuların qatıldıqları iclasda Türkiyə Superkubokunun final oyununda baş verənlər müzakirəyə çıxarılıb.
Komandanın aparıcı futbolçularından sayılan Edin Dzeko və Mitçi Batşuayi “Fənərbağça”nın 1-ci liqaya enəcəyi təqdirdə klubdan ayrılacaqlarını bildiriblər. Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) “Fənərbağça” klubunu iki il müddətinə Türkiyə Superkubokundan uzaqlaşdırıb. Həmçinin, klubun aşağı liqaya göndərilməsi təhlükəsi də var.//oxu.az
İspaniyanın “Real” klubunun futbolçusu Vinisius Junior əzəli rəqib “Barselona”nın sabiq kapitanı Lionel Messinin UEFA Çempionlar Liqasındakı məhsuldar ötürmə rekordunu təkrarlayıb.
Braziliyalı hücumçu 1/4 final mərhələsində İngiltərə təmsilçisi “Mançester Siti” ilə görüşdə bunu gerçəkləşdirib.
3:3 hesabı ilə başa çatan matçda komandasının 2 qolunun assistini edən 23 yaşlı oyunçu turnirin pley-off mərhələlərində məhsuldar ötürmə sayını 12-yə çatdırıb. O, bu baxımdan hazırda ABŞ-ın “İnter Mayami” komandasında çıxış edən Messi ilə eyni göstəriciyə malikdir. Argentinalı bunun üçün 77 görüş keçirmişdisə, Vinisiusa cəmi 25 oyun kifayət edib.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən “Real”ın formasını geyinir.
Fanat.az “Daily Mail”ə istinadən xəbər verir ki, o, “Əl-Hilal” ilə görüşün (1:2) 86-cı dəqiqəsində rəqib oyunçu Renan Lodini dirsəyi ilə vurduğu üçün qırmızı vərəqə alıb.
Daha sonra kapitan sarğısını yerə çırpan 39 yaşlı portuqaliyalı yumruğunu referiyə göstərərək qeyri-idman hərəkəti də edib. O, paltardəyişmə otağına yollanarkən azarkeşlərin “Messi, Messi” sədaları eşidilib.
Təbrizdə “Traktor Azərbaycan” və “Sepahan” komandaları arasında keçirilən futbol yarışında iki azarkeş Azərbaycan Respublikasının bayrağını qaldırdıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Tutulan şəxslərin kimliyi, harada olması və onlara qarşı irəli sürülən ittihamlar barədə dəqiq məlumat yoxdur.
"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır.
TEREF bildirir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub.
Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"sunda forma geyinən 25 yaşlı qolkiper hələ Andrey Lunyovun keçidindən əvvəl də "Qarabağ"ın maraq dairəsində olub. Ağdamlılar yenidən onun transferini nəzərdən keçirməyi məqsədəuyğun sayıb.
Qeyd edək ki, Nevistiçin transfer dəyəri 850 min avro ilə dəyərləndirilir. (İdman.biz)