Deputat “artıq aylarla mal gömrükdə qala bilməz” deyir
Azərbaycanda malların gömrük dəyərinin müəyyən edilməsinin sadələşdiriləcəyi bildirilir. Bununla bağlı “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı layihə Milli Məclisə təqdim olunub və artıq birinci oxunuşdan keçib. Layihəyə görə, malların gömrük dəyərinin müəyyən edilməsi sadə, ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Turan”a bildirib ki, hazırda gömrükdə tariflərin düzgün müəyyənləşdirilməməsi ən ciddi problemlərdən biridir. Onun sözlərinə görə, qanuna dəyişikliyinin əsas məqsədi gömrük dəyərinin düzgün müəyyənləşdirilməsi və gömrük mallarının vaxtlı-vaxtında buraxılmasıdır: “Gömrük dəyərinin müəyyənləşdirilməsi ilə əlaqədar şəffaflığın təmin edilməsi əsas məsələlərdən biridir. Həm də gömrük qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilib. O qaydalara da müəyyən dəyişikliklər təmin ediləcək. Mal gətirən şəxs verdiyi bəyannaməyə artıq bir gün ərzində cavab alacaq. Artıq aylarla, illərlə mal gömrükdə qala bilməz”.

O qeyd edib ki, malların dəyərinin düzgün müəyyənləşməsindən çox şey asılıdır: “Ona əsasən vergilər müəyyən edilir”.

Bundan əvvəl ayrı-ayrı iş adamları AzadlıqRadiosuna da mallarının gömrükdə aylarla saxlanması və buna görə ziyana düşmələri ilə bağlı şikayətlər səsləndiriblər. Belə şikayətlərə rəsmi qurumlardan cavab almaq çətin olub.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, qanun layihəsinin hansı formada və necə qəbul edilməsindən çox şey asılıdır: “Əslində bu dəyişikliklərə ehtiyac da yoxdur. Bunu ayrıca tənzimləməkdənsə, qəbzlərdə göstərilən qiymətlər ilə gömrük rüsumlarının ödənilməsi qaydalarına əməl olunsaydı, problem yaranmazdı”.

İqtisadçının sözlərinə görə, iş adamları gətirdikləri malların qəbzlərinin gömrükdə qəbul olunmasında həmişə çətinliklərlə üzləşirdilər: “Gömrüyün öz daxili qərarı ilə özünə qiymətləndirmə səlahiyyəti verilmişdi. Malı qiymətləndirərkən bəzən malın dəyəri artırılırdı, bazar qiymətlərinə uyğunlaşdırmağa çalışırdılar. Bu da zaman-zaman malların daha çox bahalaşmasına səbəb olurdu”.

İqtisadçı hesab edir ki, vergi və gömrük orqanlarının bir mərkəzdən idarə olunması daha məntiqli olardı: “İkincisi, “Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin özündə kifayət qədər subyektivliyə yer saxlayan məqamlar var. Yəni, gömrük orqanlarına dəyərləndirmək, qiymətləndirmək icazə verilir. Bu, məntiqsizdir”.

N.Cəfərlinin fikrincə, tariflərlə bağlı dördpilləli sistem subyektivliyə yol açır: “0, 5, 10, 15 faizli gömrük rüsumlarının olması subyektiv şəkildə dəyərləndirməyə yol açır ki, kim 5, kim isə 15 faiz ödəyəcək. Bu çox vaxtı subyektiv amillərdən asılı olur və qanunvericilikdə dəyişməlidir”.

Layihə və yazıda səslənən fikirlərə, hələlik, Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb. Amma bu qurum təmsilçiləri bu vaxta qədər malların düzgün dəyərləndirilməməsi ilə bağlı fikirləri, əsasən, qəbul etməyiblər.
 

Bölmənin digər xəbərləri

01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var

Dünyapress TV

Xəbər lenti