Ombudsman Tərtərdə Müdafiə Nazirliyinin, prokurorluğun,  məhkəmənin insan hüquqlarını zorlamasına niyə susub ?
Və ya insan hüquqlarının zorlanmasının “müvəkkil haqqı” nə qədərdir?
Son illərin başlıca qonusunun “Tərtər cinayəti” olması şübhə doğurmur. Özəlliklə, son üç ildə Müdafiə Nazirliyinin, hərbi prokurorluğun, hərbi məhkəmələrin hərbi qurumlarda insan (hüquqlarını) zorlamaları toplumun diqqətinə verilib. Xaricdən yayımlanan internet kanallarında “Azerifreedom” TV -nin başladığı və başa çatdırdığı cinayətin açılması yayımlarında elə faktlar, ağlagəlməz işgəncələr, zorlanmalar açıqlanıb ki, insan susa bilməz. Amma Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və aparatı susub. Niyə, nəyin qarşılığında? Əlbəttə, rüşvətin, korrupsiyanın! Başqa nə ola bilər ki, insanı işgəncə ilə öldürəsən, hələ bir insan kimi basdırmağa da qoymayasan? Düzdür, indiki Ombudsman elə 3 il qabaq -29 noyabr 2019-cu ildə müvəkkil təyin olunub, amma bu Ombudsman Aparatının baş vermiş hüquq zorlantısına susqun qalmasına haqq vermir. Necə deyərlər, başçı dəyişib, aparat həminkidir. Bəs beş il yarım qabaq baş verən “Tərtər cinayəti”nə Ombudsman institutunun ilgisi nə olub? Bu barədə Ombudsman Aparatı məlumat verməsə də, Müdafiə Nazirliyi 5 il qabaq məlumat yayıb . “Azadlıq radiosu”nun Azərbaycan xidmətinin 02.12.2017 tarixli xəbərində Müdafiə Nazirliyinin həmin tarixli məlumatına əsasən, “Ombudsman Aparatının nümayəndələrinin ( Fəzail Həsənov və Vüqar Heydərov) cəbhəboyu zonada yerləşən hərbi hissələrdə Müdafiə Nazirliyinin və insan hüquqları üzrə müvəkkilin birgə planına uyğun olaraq səfərdə olduqları , hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, şəxsi heyətin suallarını cavablandırdıqları, əsgər yataqxanalarına, tibb məntəqələrinə, inzibati otaqlara , yeməkxanalara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti ilə maraqlanmaları” vurğulanıb. Bu səfərin və xəbərin düşmənlə üzbəüz Tərtərdə baş verən hərbi cinayətlərdən 7 ay sonra gerçəkləşməsi, özü də Müdafiə Nazirliyinin məlumatından bəlli olması diqqət çəkir. Görəsən, Ombudsman və Aparatının nümayəndələri niyə may ayında - işgəncənin , insan ( hüquqlarının) zorlanmasının “qızğın” çağında insan hüquqlarının durumunu yoxlamağa getməyib(lər) ? Ombudsmana görəvini icra etməyə kim imkan verməyib? Müdafiə Nazirliyi, hərbi prokurorluq, yoxsa? Bəlkə, həkimləri işgəncədən qabaq səfərbər etdikləri kimi, Ombudsman Aparatının nümayəndələrini də “Müdafiə Nazirliyi ilə Ombudsmanın birgə planına” uyğun olaraq səfərbər ediblər, xəbər vermirlər? Yəqin yeni istintaq buna aydınlıq gətirər. Ombudsman Aparatının nümayəndələrini sorğu – sual etsə. .
Bəs indi Ombudsman və Aparatının hərbi işgəncə faktlarına, insan hüquqlarının zorlanmasına ilgisi niyə yoxdur? Deyilənə görə, Ombudsman işgəncəgörənlərin yox, işgəncəverənlərin əfv edilməsi ilə bağlı dövlət başçısına müraciət edib və əfvə nail olub. Yəqin işgəncəverənlərin siyahısını da Müdafiə Nazirliyi verib. Yoxsa insan hüquqları üzrə müvəkkil çaşıb işgəncəgörənlərin adlarını əfv sərəncamına saldıra bilərdi.
Tərtər cinayətini açan jurnalist, hüquq müdafiəçilərinin – İlham Aslanoğlu, Abid Qafarovun, eləcə də Əli Əliyevin, Əvəz Zeynallinın, Elnur Məmmədovun qanunsuz həbslərinə Ombudsmanın susması da Ombudsmanın hüquq pozucularını qorumasını sübut edir .
Ombudsman Aparatının işgəncələrdən “müvəkkil haqqı” qarşısında “xəbərsiz” olması bir yana, xəbərdar olanda da “susmaq haqqı”ndan yararlanması, çox hallarda gizlətməsi ölkədə insan hüquqlarının qorunmasının yox, zorlanmasının qüvvədə olmasını ortaya qoyur. Belə hüquq müdafiəçiliyi, insan hüquqları müvəkkilliyi ilə yalnız hərbi hissələrdə , polis bölmələrində, penitensiar müəssisələrdə, məhkəmələrdə insan hüquqlarının zorlanmasının müdafiəsi gerçəkləşə bilər.
Məğrur Bədəlsoy
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti