Qazaxda düşmənlə sərhəd kəndin məktəbliləri belə sevindi
DİA.AZ: - Ötən yazılarımızda iyunun 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavini Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadənin Qazax Rayon İcra Hakimiyyəti Yanında Yerli Məşvərət Şurasının üzvləri ilə görüşməsi barədə məlumat vermişdik. Həmin görüşdə gənclərin Qazax rayonunun Fərəhli kəndində olan köhnə təhlükəsiz oyun meydançasının təmir edilərək park kimi əhalinin, xüsusilə də uşaqların istifadəsinə verilməsi təşəbbüsünün elə görüşdəcə rayon rəhbərliyi tərəfindən müsbət qarşılanması, iyunun 15-də isə rayon rəhbərliyinin gənclərlə birlikdə Fərəhli kəndində olması, oyun meydançasının mövcud vəziyyəti ilə yerində maraqlanması barədə qeyd etmişdik.

Budur, artıq Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Məşvərət Şurasının təşəbbüsü ilə bərpa edilən oyun meydançası körpə fidanların istifadə etməsi üçün hazırdır.

DİA.AZ xəbər verir ki, noyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax Məşvərət Şurasının üzvləri ilə birlikdə Fərəhli kəndində olub, oyun meydançasında kənd sakinləri və uşaqlarla görüşüb.

İcra başçısı əvvəlcə oyun meydançasının bərpa edilməsi təşəbbüsünə görə gənclərə razılığını ifadə edib. Oyun meydançasının bərpa edilməsində yaxından iştirak edən, əziyyəti olan hər kəsə minnətdarlığını bildirib. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara, gənclərə göstərdikləri qayğıdan söz açan icra başçısı bu sahənin dövlət siyasətinin prioritet istiqamətini təşkil etdiyini qeyd edib. “Uşaqlar bizim gələcəyimizdir. Onlar həyatımızın mənasıdır. Onların həyatına rəng qatmaq bizim ən ümdə işimizdir”, - deyən icra başçısı gənclərin irəli sürdüyü nümunəvi təşəbbüslə, oyun meydançasında görülmüş işlərlə az da olsa töhfə verildiyini bildirib. Uşaqların oyun meydançasından istifadə edərək asudə vaxtlarını səmərəli keçirəcəklərini qeyd edib.

Qazax Rayon İcra Hakimiyyəti Yanında Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova gənclərə, uşaqlara göstərdiyi qayğıya, xüsusilə də onların təşəbbüsünü dəyərləndirərək oyun meydançasının yenidən bərpa olunmasına görə rayon rəhbərliyinə gənclər adından bir daha minnətdarlığını bildirib. P.İbrahimova uşaqlara oyun meydançasından istifadə etməklə yanaşı, onu qorumağı, təmiz saxlamağı da tövsiyə edib.

Kənd sakinləri adından çıxış edən Alı Həsənov uşaqlara göstərilən qayğıya görə rayon rəhbərliyinə razılığını ifadə edib. Gənclərə nümunəvi təşəbbüslərinə görə təşəkkürünü çatdırıb. Fəaliyyətə başladığı ilk gündən gənclərə daim qayğı göstərən rayon rəhbərinin gənclərin bu təşəbbüsünü reallaşdırmasını, oyun meydançasını istədikləri kimi təmir edərək elə gənclərin adından Fərəhli kəndində yaşayan körpə fidanlara hədiyyə etməsini gələcəyimiz olan uşaqlara göstərilən növbəti dövlət qayğısı kimi qiymətləndirib.

Qazaxda düşmənlə sərhəd kəndin məktəbliləri belə sevindi
Qazaxda düşmənlə sərhəd kəndin məktəbliləri belə sevindi
Qazaxda düşmənlə sərhəd kəndin məktəbliləri belə sevindi
Qazaxda düşmənlə sərhəd kəndin məktəbliləri belə sevindi
 
 

Bölmənin digər xəbərləri

01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var

Dünyapress TV

Xəbər lenti