Stalinin qızının sevgisini rədd edən Serqo -
Ən yeni tarix. Maraqlı faktlar.
Adətən, İosif Stalinin Moskva daxilində gedəcəyi yerlər ən azı bir gün əvvəlcədən planlaşdırılıb. Amma 25 avqust 1938-ci ildə sovet lideri bu “ənənə”ni pozub. Təxminən gecə saat 2-3 radələrində o, mühafizə rəisi Vlasikə göstəriş verib ki, maşını hazırlasınlar. Stalin xidməti avtomobilinə əyləşəndən sonra sürücü bağ evinə istiqamət alıb. Arxadan Stalinin yorğun səsi eşidilib:
- Nikitski küçəsinə sür, Beriyanın yaşadığı evə.
Həm sürücü, həm də mühafizəçilər üçün bu “marşrut” anlaşılmaz olsa da, maşın istiqamətini dəyişib.
Cəmi üç gün əvvəl Gürcüstandan Moskvaya gələrək “NKVD”-yə birinci müavin təyin olunan Lavrenti Beriya üçün birinci şəxsin gecəyarısı onun yaşadığı evə təşrif buyurması gözlənilməz olub.
General Vlasik öz xatirələrində həmin gecəni belə xatırlayıb: “Təlimata görə, əvvəlcə içəri mən keçdim. Beriya oyaq idi. Əvvəlcə Stalin otaqları gəzdi. Yataq otağının qapsının qarşısından keçəndə Beriyadan soruşdu:
- Lavrenti, bu otaqda kimsə var?
- Xeyr, yoldaş Stalin, mən evdə təkəm.
Bu cavabdan sonra Stalin əyləşdi və növbəti dəfə üzünü Beriyaya tutdu:
- Bəs ailən niyə evdə deyil?
- Onlar Gürcüstanda qalıblar.
- Deməli, belə, Lavrenti, sən onlara zəng vur, qoy hazırlaşsınlar. Mən göstəriş verəcəm, onları Moskvaya gətirsinlər.
Sonra Stalin mənə göstəriş verdi:
- Üç gün vaxtınız var, Beriyanın Gürcüstanda olan bütün canlılarını (məhz belə də ifadə etdi) Moskvaya gətirin.
Beləliklə, biz üç gün ərzində Beriyanın həyat yoldaşının, lal-kar olan qayınanasının, oğlunun və iki pişiyinin Moskvaya köçməsini təmin etdik...”
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-10_1665728009_2.jpg
Ailənin Moskvaya köçməsi Beriyanın oğlu Serqonun da həyatını bütövlükdə dəyişib. Yeddinici sinifi Tiflisdə bitirən Serqo təhsilini Moskvada, “Kreml uşaqları”nın təhsil aldığı 175 nömrəli orta məktəbdə davam etdirib. Serqoya ilk sevgi etirafı da məhz bu məktəbdə edilib. Onu sevən ilk qız isə Stalinin qızı Svetlana olub.
Diqqətindən heç nə yayınmayan Stalin öz bağ evinin kiçik qonaqlarının münasibətlərindən də xəbər tutub. Birincilərin uşaqları tez-tez bu bağ evində qonaq olublar. Svetlana ilə Serqonun münasibətləri nəzərə tez çarpıb. Kifayət qədər qapalı olan Svetlana öz hisslərini gizlədə bilməyib. Xüsusilə, məktəbin sonuncu sinfində oxuyanda bu özünü daha qabarıq biruzə verib. Stalinin yaxın ətrafında olanların qənaətinə görə, Svetlana ilə Serqonun münasibətlərini Stalin çox normal qarşılayıb. Hətta onların məktəbi bitirdikdən sonra ailə qurmaq məsələsi də aktual olub. Amma qarşı tərəf, Beriya bu qohumluqdan uzaq durub. Serqo Beriya “Lavrenti Beriya – mənim atam” kitabında bu haqda yazıb:
“Dostluqdan başqa, mənim Svetlanaya qarşı heç bir hissim yox idi. Onun mənə olan münasibəti isə fərqli və daha ciddi idi. Mən bu haqda atamla söhbət etdim. Atam fikrini qısa və konkret bildirdi: “Uzaq dur” ...”
Serqo atasının məsləhətinə qulaq asaraq Svetlana ilə münasibətlərini məhdudlaşdırıb. Bu soyuqluq Svetlananın diqqətindən yayınmayıb və hər şeyə dəqiqələr ərzində nail olan Stalinin qızı ona qarşı olan bu münasibəti çətinliklə həzm edib. Amma gərginlik bununla bitməyib. Serqo Svetlana ilə bir sinifdə oxuyan və onunla yaxın rəfiqəlik edən Marfaya, Maksim Qorkinin nəvəsinə vurulunda Stalinin qızı qəzəbini gizlədə bilməyib. O, rəfiqəsinə “mən Serqonu səndən əvvəl tanıyırdım, sən bu münasibətlərdə səhv etdin” deyərək ondan birdəfəlik üz döndərib. Serqo ilə Marfa isə “padşah” qızının narazılığına baxmayaraq ailə həyatı qurublar.
Atasının nüfuz və imkanlarına baxmayaraq, Serqo təhsilə böyük maraq göstərib. Hələ orta məktəbdə oxuyarkən o, ingilis, alman və fransız dillərini mükəmməl öyrənib. Məktəbi bitirdikdən sonra Beriyanın təşəbbüsü ilə Serqo “NKVD”-nin mərkəzi radiotexnika laboratoriyasına işə düzəlib. Sonra üç aylıq kəşfiyyat kursunu keçib, daha sonra isə Leninqrad Hərbi Akademiyasında ali təhsil alıb. 1943-1945-ci illərdə Serqo Ali Baş Komandanın birbaşa göstərişi ilə bir neçə məxfi tapşırığı yerinə yetirib.
Müharibədən sonra elmi yaradıcılığa daha çox üstünlük verən Serqo Beriya raketlərin idarə edilməsi ilə bağlı namizədlik və doktorluq işi müdafiə edərək elmi dərəcələr alıb. Hökumətin göstərişi ilə yeni raket sistemlərinin hazırlanmasında iştirak edən Serqo uğurlu kəşf və ixtiralarına görə “Lenin” ordeni ilə təltuf olunub, “Stalin” mükafatına layiq görülüb. Bir tərəfdən, öz bilik və bacarığı, digər tərəfdən atasının dəstəyi Serqo Beriyaya karyerasında uğurlar qazandırıb. Amma karyera pillələrrində sürətli yüksəlişə 1953-cü ildə birdəfəlik son qoyulub.
Beriya həbs olunduqdan sonra Serqonu anası ilə birgə Moskva ətrafında yerləşən bağ evlərinin birində bir neçə gün konvoy altında saxlayıblar. Daha sonra ana və oğul 1954-cü ilin noyabr ayına qədər Lefortovo həbsxanasında təkadamlıq kameralarda saxlanılıb.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-10_1665728006_3.jpg
Nəhayət, 1954-cü ilin noyabrın 27-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası Beriyanın ailə üzvləri haqqında qərar çıxarıb. Serqo Beriya elmlər doktoru titulundan, “Stalin” mükafatından, “Lenin” ordenindən və digər təltiflərdən məhrum edilib. Ailə Sverdlovska sürgünə göndərilib. Beriyanın həyat yoldaşına və oğluna Beriya soyadını daşımaq qadağan olunub. Belə əsaslandırılıb ki, bu soyad insanlarda qıcıq yaradıb. Yalnız Serqoya bir məsələdə güşəşt edilib ki, ona Sverdlovskda öz ixtisas sahəsi üzrə işləməyə icazə verilib. Serqo Beriya 1964-cü ilə qədər xüsusi nəzarət altında Sverdlovskda avtomatlaşdırma elmi istehsalat birliyində mühəndis vəzifəsində işləyib.
10 illik sürgün həyatından sonra SSRİ-nin tanınmış elm xadimləri Mərkəzi Komitəyə müraciət edərək Beriya ailəsinin sürgündən azad olunmasını xahiş ediblər. Müraciətə müsbət cavab verilsə də, ailənin Moskvada yaşaması məqsədəuyğun sayılmayıb. Ana və oğul Ukraynanı seçərək Kiyevdə məskunlaşıblar. Serqo Beriya ömrünün sonuna qədər Kiyevdə yaşayıb, Ukrayna Elmlər Akademiyasında, materialşünaslıq problemləri institutunda çalışıb.
Serqo Beriyaya bir neçə dəfə xarici ölkələrdən iş təklifi gəlsə də, o, bu təkliflərin hamısından imtina edib, SSRİ-də yaşamağa üstünlük verib.
Ömrünün son illərində Serqo Beriya müəllifi olduğu kitablarla da məşhurlaşıb. Bu kitablarda o, atasına haqq qazandırmağa çalışıb. “Qadınlarla bağlı atamın ayağına çox günahlar yazıblar. Amma hansı kişi həyatında bir dəfə də olsun bu cür zəifliyə yol verməyib? Mən demirəm ki, atam günahsız olub. Amma onu günühlarda ittiham edən Xruşovun günahları ondan qat-qat çox olub” söyləyən Serqo Beriya bu cür fikirlərinə görə vaxtilə atasının məhv etdiyi insanların ailə üzvlərindən sərt tənqidlərə məruz qalıb.
Serqo Beriya 2000-ci ildə, 76 yaşında vəfat edib. O, Kiyevdə, Baykovo qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu.
 
 
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti