Maləsəf, Qazi ünvanından sui-istifadə edənlərimiz də var...
Saatlı rayonunda Qarabağ qazisi olan, iki ayağı amputasiya olunmuş şəxs idarə etdiyi “Mitsubishi” markalı avtomobillə qəza törədərək, yol boyu bir neçə şəxsin maşınına ciddi zərər verib. Hadisə barədə Bizimyol.info-ya bir neçə mənbədən məlumat daxil olub. Verilən məlumata görə, zərərçəkənlərdən biri taksi sürücüsü, biri rayonun polis rəisinin müavini, digəri isə rayon sakini olub.
Zərərçəkənlərdən biri, Saatlı rayon sakini Mehrab Hüseynov da redaksiyamıza müraciət edərək bildirib ki, "Mehdiyev Həsən Rəcəb oğlunun ona verilmiş “qazi” statusundan sui-istifadə edir". Onun sözlərinə görə, Mehdiyev Həsən avtomobillərini əzdiyi şəxsləri təhqir edib, ailə fərdlərinin ünvanına ağır, nalayiq ifadələr işlədərək, oradan ayrılıb: “Ondan sığortanın gəlib vəziyyətə baxış keçirməsini tələb etdim. Ancaq o, həm icra başçısının, həm rayonun polis rəisinin, həm də zərərçəkənlərin ünvanına, ailə fərdlərinə qarşı ağır söyüşlər söydü. Deyir, “mən qaziyəm, sizin üçün cəbhədə döyüşmüşəm, can qoymuşam, heç kim mənə heç nə edə bilməz”. Özünün də iki ayağı yoxdur, ancaq protez ayaqlarla yolda yüksək sürətlə avtomobil idarə edir. İdarə etdiyi “Mitsubishi” markalı maşınla mənim, polis rəisi müavininin və başqa bir taksi sürücüsünün avtomobilinə çırpılaraq ciddi zərər vurub. Daha sonra da başladı hamımızı təhqir etməyə. Rayonun yol polisinə bu barədə məlumat versəm də, mənə bildirildi ki, zərər görən digər iki maşının da xərcləri məndən tutulacaq, yəni taksinin və rəis müavininin. Soruşdum ki, niyə? Axı, qəzanı törədən bəllidir. Dedilər ki, o qazidir, heç nə edə bilmərik. Ya üç maşının da xərcini sən ödəyəcəksən, ya da qazidən şikayəti geri götürəcəksən. Mən də kasıb adamam, üç maşının xərcini necə ödəyim? Durduq yerə maşınımı vurub əzirlər, hələ bir məndən də pul alırlar”,– deyə, rayon sakini Mehrab Hüseynov bildirib.

Qeyd edək ki, yol-nəqliyyat hadisələrində “qazi” statusu daşıyan şəxslərin adlarının hallanması ilk hadisə deyil. Bu statusu daşıyan bəzi “qazi”lər həmin ünvandan sui-istifadə edərək, yollarda ciddi qayda pozuntularına yol verirlər, nömrəsiz avtomobil idarə edirlər və ümumiyyətlə, onlara göstərilən irada da çox kobud və nalayiq ifadələrlə qarşılıq verib “mən qaziyəm, sizin üçün döyüşmüşəm” cümlələrinin arxasında gizlənirlər. Yaxşıdır ki, belələrinin sayı azdır, qazilərin böyük əksəriyyəti daşıdığı ada hörmətlə yanaşır, bu statusdan sui-istifadə etmir. Bu adı gözdən salanlar isə ləyaqətli, öz mənliyini, mənəviyyatını təmiz saxlayan, “Qazi” adını uca tutan başqa müharibə iştirakçılarının da adının ləkələnməsinə səbəb olur, cəmiyyətimizdə bu statusa olan dərin hörmət və ehtiramın azalmasına yol açırlar. Buna baxmayaraq, qanunu pozub, insanları, onların ailə fərdlərini təhqir etsələr belə, şikayətçiyə “qazidir, heç nə edə bilmərik” deyib, ya yola verirlər, ya da yuxarıda bəhs etdiyimiz şəkildə başqalarının zərərini də elə şikayətçinin özünə ödədirlər.

Digər hadisə şahidlərinin dediyinə görə, beten bunlar baş verdiyi müddətdə polis əməkdaşları kənarda dayanıb müşahidə etməklə məşğul olublar. Onların sözlərinə görə, hər kəsə aydın idi ki, Mehdiyev Həsən Rəcəb oğlu alkoqol testindən keçirilməlidir. Amma sonradan polis əməkdaşları ona yaxınlaşıb sakitləşdiriblər və nə qədər qəribə səslənsə də, elə polislərin gözü qarşısında özünün əzilmiş maşınına minib çıxıb gedib. Amma iş bununla da bitməyib. Şahidlərin sözlərinə görə, Mehdiyev Həsən Rəcəb oğlu sonradan rayonun mərkəzi küçələri ilə avtomobili aramsız olaraq səs siqnalı verə-verə təhlükəli şəkildə sürərək ətrafdakı insanlarda vahimə yaradıb.

Mehdiyev Həsən Rəcəb oğluna gəlincə, araşdırmamız göstərir ki, o, ən çox qayğı görən qazilərdən biridir. Onun bütün müalicə xərcləri "Yaşat" Fondu tərəfindən ödənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun valideynlərini də özünüməşğulluq proqramı ilə təmin edib. Həmçinin mövsümi işləyən qardaşının da işlə təmin olunması üçün tədbirlər görülüb. Müxtəlif ictimai təşkilatlar da ona hər zaman dəstək olublar. Qazi Mehdiyev Həsən Rəcəb oğlu dövlət büdcəsi vəsaitləri hesabına pensiya və müavinət alır. Ona göstərilən və göstərilməkdə olan bütün qayğıların xərclərini isə təbii ki, vergi ödəyiciləri olaraq Azərbaycan xalqı ödəyir. Qazilərə qayğı ən yüksək səviyyədə olmasa da, hazırda xalq və dövlət olaraq bacardığımızı edirik. Bu status heç kimə əsas vermir ki, başqalarının əmlakına zərər vurub heç bir günahı olmayan ailə üzvlərini təhqir etsin.

Məlumat üçün bildirək ki, redaksiyamıza ünvanlanan bu müraciət əsasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə sorğu vermişik. İlkin cavabda bildirilib ki, məlumat bölgə üzrə nümayəndəyə göndərilib, araşdırma aparılacaq və hansı tədbirlərin görüləcəyi ilə bağlı məlumat veriləcək.

P.S. Yazı yayıma hazırlanarkən son anda DİN-dən sorğumuza daha bir cavab gəldi. Həmin cavabı olduğu kimi təqdim edirik:

"Sentyabr ayının 29-da Bakı şəhərində qeydiyyatda olmaqla Saatlı rayonunun Məmmədabad kəndində yaşayan Vətən Müharibəsi iştirakçısı, qazi Həsən Mehdiyev sürücülük vəsiqəsi, eləcə də avtomobil idarə etmək üçün müvafiq etibarnaməsi olmadan idarə etdiyi nəqliyyat vasitəsilə Saatlı rayonu ərazisində hərəkətdə olan zaman yolun əks tərəfində dayanmış Saatlı Rayon Polis Şöbəsinə təhkim olunmuş xidməti avtomobillə toqquşub. Toqquşma nəticəsində isə sonuncu avtomobil yol kənarında dayanan digər avtomobillərə çırpılıb.

Qəzadan sonra H.Mehdiyev müayinə olunmaq üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib və ona qarın boşluğunun küt travması, boynun və saidin iç tərəfinin sıyrığı diaqnozu qoyulub.

Faktla bağlı Saatlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Nizam Həmidov, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı".
Bizimyol.info

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti