DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI!
Diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıqla bağlı cinayət işi başlanılıb.
bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Araşdırmalar zamanı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Məmmədov Qəhraman Şamil oğlunun digər Azərbaycan Respublikasının vətəndaşı Qasımov Anar Əli oğlu və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə Respublikasına daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində Amerika Birləşmiş Ştatlarından Türkiyə Respublikasına gəlmiş, həmin gün Anar Qasımov tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürmüşdür. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirmişdir. Daha sonra Qəhraman Məmmədov bu qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdır. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.220.900 (on milyon iki yüz iyirmi min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülmüşdür.

Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilmişdir.

Həmçinin, qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Qəhraman Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bölmənin digər xəbərləri

04 Dekabr 2024 Məktəblərdə növbəti tətillərin vaxtı azaldılacaq? - RƏSMİ
04 Dekabr 2024 Utilizasiyaya gedən avtomobillər üçün ödənişin məbləği…
04 Dekabr 2024 “Akkord”un sabiq rəhbəri xristianlığı qəbul etdi – VİDEO
04 Dekabr 2024 “Özləri 40 hektar yonca əkirlər, biz yonca, taxıl əkəndə su verilmir” - NARAZILIQ VAR...
03 Dekabr 2024 Nəbatat Bağına yeni sədr TƏYİN EDİLDİ
03 Dekabr 2024 İcra Hakimiyyəti 5 750 manata fotoaparat alır - DETALLAR
03 Dekabr 2024 14 yaşlı yeniyetmə intihar etdi
03 Dekabr 2024 Bizi dünyada qürurlandıran öncül cərrahlarımızı tanıyaq
02 Dekabr 2024 SARIKAMIŞ DRAMININ EN ACIKLI HİKAYELERİNDEN BİRİSİ : NARGİN ADASI
02 Dekabr 2024 Lotereyadan 177 milyon qazandı
30 Noyabr 2024 İstambulda tutulan 84 kq (70+14) qızılın arxasındakı 3 məchul azərbaycanlı iş adamı kimdir? TƏFƏRRÜAT
30 Noyabr 2024 Qaraheybətdə helikopter qəzasından 3 il ötür
29 Noyabr 2024 Köçəryana qarşı yeni ittiham irəli sürülüb
29 Noyabr 2024 "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
29 Noyabr 2024 “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB?
28 Noyabr 2024 MSK sədri qadınlara səsləndi: Namizəd olun!
28 Noyabr 2024 Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur?
28 Noyabr 2024 Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “Dua çiçəyi” və “Pul ağacı” da var
27 Noyabr 2024 70 kilo qızılla saxlanılan hərbi attaşe kimin kimidir? - ARAŞDIRMA
27 Noyabr 2024 "Ərim sağ olsa da, onu itirməyə görə təqaüd almışam" - 6,5 milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ

Dünyapress TV

Xəbər lenti