Məşhur avstriyalı keçmiş Formula 1 yarışçısı (pilot) Gerhard Bergerin 28 il əvvəl oğurlanmış “Ferrari”si saz vəziyyətdə tapılaraq qaytarılıb.
Ölkə.Az xəbər verir ki, bununla bağlı İngiltərə posili açıqlama yayıb.
Bildirilir ki, 1995-ci ilin aprelində İtaliyanın İmola şəhərində keçirilən San Marino Qran Prisindən sonra izdiham zamanı Formula 1 pilotunun “Ferrari”si oğurlanıb, lakin 28 il sonra Gerhard Bergerə məxsus qırmızı rəngli “Ferrari” F512M model lüks avtomobili tapılıb.
Avtomobil Londonda tapılmadan əvvəl Yaponiyaya səfər edib.
Açıqlamada qeyd olunub ki, “Ferrari” 2020-ci ilin yanvarında Birləşmiş Krallıqdakı bir broker vasitəsilə ABŞ-li tərəfindən satın alınıb. Lakin aparılan yoxlama nəticəsində oğurlandığı ortaya çıxıb.
Bununla bağlı polisə məlumat verilir və araşdırma nəticəsində oğurlanan avtomobil Gerhard Bergerə məxsus olduğu ortaya çıxıb. Bundan sonra "Ferrari"nin İngiltərədən ixracının qarşısı alınaraq ingilis polisinə təhvil verilir.
Təhqiqata rəhbərlik edən polis məmuru Mayk Pilbeam verdiyi açıqlamada deyilir ki, təxminən 350 min funt sterlinq dəyərində olan “Ferrari” 28 ildən artıqdır, itkin düşmüşdü.