Xırdalan şəhərinin mərkəzi küçəsində bir aydan çoxdur dağıdılan səki bərpa edilmir.
Tribunainfo.az-a yazan sakinlər bildirib ki, Xırdalanın Məmməd Əmin Rəsulzadə küəsinin problemləri bitmir. Sakinlər qeyd edib ki, hələ bu küçə mərkəzi küçədir və Abşeron Rayon İcra Haimiyyətinin binası da burada yerləşir. Buna baxmayaraq, küçə bərbad vəziyyətdirir. Piyada səkisi bir aydan çoxdur qazılıb və o şəkildə də qalıb. Qazılan yerdə nə iş aparılır, nə də quyunun üstü bağlanır. Sakinlər bildirir ki, küçənin normal işıqlanma sistemi olmadığı üçün xüsusilə axşam saatlarında səkilərdə bu cür çuxurlar problem yaradır. İcra hakimiyyətinin pəncərəsi də bu yola baxır, həmçinin bu yoldan keçir. Ancaq qəribədir ki, icra hakimiyyəti sakinləri narahat edən bu problemi həll etməyə çalışmır. Sakinlər bildirir ki, lazımi bütün qurumlara etdikləri müraciətlər cavabsız qalır.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.