Eynulla Fətullayev Media Agentliyini ələ saldı - ŞOK STATUS Azərforum xəbər verir ki, tanınmış jurnalist, "Haqqin.az" saytının baş redaktoru Eynulla Fətullayev sosial şəbəkədə Medianın İnkişafı Agentliyini sərt tənqid edib. O, Agentlikdə son vaxtlar həyata keçirilən kadr dəyişikliklərinə rişxənd edərək ələ salıb, qurumun fəaliyyətini "məzhəkə" adlandırıb. Fətullayev, eyni zamanda Azərbaycan mətbuatı haqqında da "axsaq, kifir, dilsiz-qulaqsız" ifadələrini işlədib.
Azərforum Eynulla Fətullayevin statusunu olduğu kimi təqdim edir:
"Bu Media ilə bağlı partapart təyinatlar baş verir. Birini baş katib, obirisini baş katibin müavini, üçüncüsü Müşahidə Şurasının üzvü… Elə bil ki, söhbət axsaq, kifir, dilsiz-qulaqsız Azərbaycan mediasından yox, Britaniya və ya Almaniyanın mediasından gedir… Bu məzhəkəyə gülməyib nə edəsən? Media Agentliyi! Yox bir Avropa Şurası Parlament Assambleyası ".