Repetitorluq xidməti bahalaşdı –
Artıq bir neçə gündür bir sıra KİV və sosial mediada ilin əvvəlindən repetitorluq xidmətlərinin qiymətləri artdığı qeyd edilir. Artımların təxminən 30 faizə qədər olduğu bildirilib.

Məsələ ilə bağlı sualları cavablandıran Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, repetitorluq Azərbaycanda universitetlərə qəbul olmaq üçün vasitə olaraq istifadə olunur.

“Repetitor xidməti vergiyə cəlb olunmur və bütövlükdə bu xidmətin legallaşdırılması istiqamətində bu və ya digər hüquqi tənzimləmələr həyata keçirilmir. Buna baxmayaraq, repetitor qiymətləri gündən-günə qalxır. Onların da kifayət qədər öz əsaslandırmaları var. Qeyd etdiyim kimi, bütövlükdə bütün xidmətləri bazar özü tənzimləyir və bazarda əgər tələbat varsa, təbii ki, o xidmətin qiyməti qalxır.

Görünən odur ki,tələbat var, çoxdur və eyni zamanda, bunun müqabilində onlar qiymətləri qaldırmaqda maraqlıdırlar. Yəni belə deyək, vergiyə cəlb olunmamaq məsələnin bir tərəfidir.

Niyə repetitorluğa bu qədər maraq var? Təbii ki, bu xidməti qadağa eləmək mümkün deyil. Çünki xidmət qanuni xidmətdir, onun vergi tərəfi başqa məsələdir. Bacaraqları, bilikləri olan şəxs, əlbəttə ki, repetitorluq fəaliyyəti ilə məşğul ola bilər, bu xidməti göstərə bilər. Amma məsələ budur ki, gələcəkdə bu xidmət daha da genişlənəcək. Hər zaman qeyd edirəm, bizdə repetitorluq daha çox təhsil müəssisələrinə qəbula xidmət edir.

Nəyə görə belə olmalıdır? Araşdıqda görürsən ki, o repetitorluq xidmətini göstərən adamların böyük əksəriyyəti elə orta məktəbdə müəllimdir. Ali təhsil müəssisələrində müəllimdir. Bir çox hallarda orta təhsil müəssisələrində olan müəllimlər bilərəkdən bu xidmətdən qazanmaq üçün sinifdə dərs keçmirlər, keyfiyyətli tədris aparmırlar.

Dərs keçənlərin də öz iddiaları var. Onlar qeyd edirlər ki, Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi suallar əsasında dərs qurmurlar. Yəni burada repetitorların iddiaları odur ki, tədris proqramları ilə Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi suallar arasında uyğunsuzluqlar var”, – o qeyd edib.

İ.Orucov bildirib ki, repetitor tələbələrə müştəri gözündən baxırsa, həmin müəllimlərə qarşı ən sərt cəzalar tətbiq olunmalıdır.

“Bunlar uzaqlaşdırılmalıdır. Yoxsa gəlib məktəbdə gününü keçirib, sonra repetitor xidməti müqabilində pul almaq yaramaz. Siz təsəvvür edin, bir valideynin bir uşağının repetitor xərcləri 500-600-700 manat təşkil edir. Bu böyük məbləğdir.

Direktorlar bu istiqamətdə biabırçı fəaliyyətlə məşğuldurlar. Direktorlarvar ki, pul müqabilində məktəb binalarının qapılarını o repetitorların üzünə açırlar. Çirkin fəaliyyətlərdən biri odur ki, hansısa pul müqabilində şagirdlərin məktəbə gəlməməsinə göz yumurlar. Həftənin 2-3 günü şagird dərsə gəlmir. Mütləq şəkildə bunu həll etmək və üzərində getmək lazımdır”, – deyə o vurğulayıb./trend.az
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti