“Xəzər dənizinə tökülən suyun miqdarının azalması dənizin səviyyəsinin azalmasına səbəb olur”.
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq ekoloq Xosrov Musayev ötən bir neçə il ərzində Xəzər dənizində suyun səviyyəsinin 50 sm azalmasına münasibət bildirərkən deyib.
Ekoloq bu gün Xəzər dənizinə çoxlu miqdarda çayların töküldüyünü qeyd edib:
“Məsələ burasındadır ki, həmin çayların suları da azalıb. Bunun da əsas səbəbi dünyada baş verən iqlim dəyişikliyidir. Yağıntılar qeyri-sabit keçir, bəzi yerlərə az, bəzi yerlərə çox düşür. Yağıntıların miqdarı get-gedə azalır. Bütün bunların hamısı sonda Xəzər dənizində suyun azalmasına səbəb olur”.
Qeyd edək ki, İranın Su Tədqiqatları İnstitutunun rəhbəri Məhəmməd Rza Kavyanpur ötən bir neçə il ərzində Xəzər dənizində suyun səviyyəsinin 50 sm azaldığını açıqlayıb.