2027-ci ilə qədər müəyyən hədəflər var. Həmin hədəflər, eyni zamanda, növbəti mərhələdə nəzərdə tutulan işlərin icrası üçün zəmin hazırlayır.
Yenisabah.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.
"İlkin mərhələdə əsas məsələlərdən biri nəqliyyat infrastrukturu ilə bağlıdır. Bir neçə vacib istiqamətlərdə nəqliyyat xətlərinin çəkilməsi prioritetdir. Artıq bu istiqamətdə işlərə başlanılıb.
Dəmiryol şəbəkəsinin yenilənməsi ilə bağlı proqram var, bu proqrama uyğun işlər görülür. O cümlədən, kommunikasiya xətləri ilə bağlı işlər davamlı olaraq icra olunur. Bu işlər ilk növbədə görülməsi tələb olunan proseslərdir ki, digər mərhələnin işləri başlanıla bilsin.
Bərpa olunan enerji üzrə böyük layihələr həyata keçirilir. Bütün bunlar ərazilərin inkişafı üçün zəmin rolunu oynayır", - deyə sədr müavini əlavə edib.