Çində ata 20 il ərzində özünü kasıb kimi göstərib və oğluna əslində milyonçu olduğunu deməyib. Qaynarinfo bu barədə “World of Buzz”a istinadən xəbər verir. Milyonçu oğlu deyib ki, atası borclarına görə həmişə əsəbiləşir və hər dəfə ailənin necə kasıb yaşadığını bildirirmiş. Oğul yalnız universiteti bitirdikdən sonra öyrənib ki, əslində valideynlərinin bahalı malikanəsi var. O, diplomunu aldıqdan sonra ailəsinə borclarını ödəmək üçün iş tapmaq istədiyini deyib. Bundan sonra atası onu söhbətə dəvət edib və şəxsi şirkəti olduğunu deyib. “Atam məni işini davam etdirməyə dəvət etdi”, deyə çinli bildirib. Ailənin 8 dəbdəbəli avtomobilinin olduğu da məlum olub. Bununla belə, oğlan deyib ki, atasının şirkətində işləməsinə baxmayaraq, maaşı o qədər də yüksək deyil və işə limuzinlə deyil, elektriklə işləyən motosikletlə gedir.