Paytaxtın Parlament prospektində dayanma-durma qaydaları kütləvi şəkildə pozulur. İzləyici müxtəlif vaxtlarda qeydə aldığı görüntüləri Avtosfer.az-a göndərib. Bildirib ki, gündüz saatlarında sürücülər cərimələnsə də, bu qayda axşam park edilmiş avtomobillərə tətbiq edilmir. Belə ki, uşaqlarını ərazidəki 20 nömrəli məktəb-liseyə gətirən (götürən) valideynlər qayda pozduqları halda yol polisi tərəfindən cərimələnir. Lakin axşam saatlarında yolun hər iki tərəfini zəbt edən avtomobillərə cərimə yazılmır. İzləyicinin iddiasına əsasən, dayanma-durma qaydalarına məhəl qoymayan sürücülər “Naxçıvan” restoranına gəlir və yolu parkingə çevirirlər.