Ramil Hüseynov: “Harada separatçı fəaliyyət varsa, ermənilər orada separatçılarla bir sıradadılar”
Bu günlərdə Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasını Bakının vacib qələbəsi kimi dəyərləndirdi:
“Bir neçə gün əvvəl Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə nəqliyyat arteriyası olan Laçın dəhlizini nəzarət altına alıb. İki il yarım əvvəl sülh müqaviləsi bağlanandan sonra dedim ki, bu hələ başlanğıcdır. Hər şey sizin (Azərbaycan) olacaq. Qarşınızda duran vəzifələri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb. Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq səviyyəli uzunmüddətli oyun nümayiş etdirir. İnsan ancaq həsəd apara bilər”.
Arestoviçin bu açıqlaması ermənilərin qəzəbinə səbəb olub. Utanmadan deyirlər ki, Ukraynada yaşayan yarım milyon erməni ölkənin ərazi bütövlüyü uğrunda döyüşür. Belədirsə, hanı statistik rəqəmlər? Məsələn, indiyə qədər 30 nəfər Ukrayna vətəndaşı olan azərbaycanlı həlak olub. Ancaq ermənilərlə bağlı bunların heç biri yoxdu.
“Rusiya ordusunda Ukraynaya qarşı təcavüzdə iştirak edən çoxsaylı erməni var” Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, Ukraynada yaşayan ermənilər Rusiyaya rəğbət bəsləyir: “Erməni tərəfi nə qədər bunu gizlətməyə çalışsa da, ukraynalılar bunu yaxşı bilir. Hətta ermənilərin Donbasdakı separatçılarla birlikdə Ukrayna əsgərlərinə qarşı vuruşduqları haqda dəqiq məlumatlar var. Bu, ermənilərin xislətindən irəli gələn bir haldır. 1992-1993-cü illərdə ermənilərin “Baqramyan” adında batalyonu Abxaziya separatçıları ilə birlikdə Gürcüstanın mərkəzi hakimiyyətinə qarşı vuruşub. Harada separatçı fəaliyyət varsa, ermənilər orada separatçılarla bir sıradadılar. Bunu heç vaxt gözardı etmək olmaz. Bəli, Ukraynada xeyli erməni yaşayır və onlar kifayət qədər şəbəkələşiblər. Ancaq indiyə qədər Ukrayna mediasında ermənilərin Rusiya təcavüzünə qarşı vuruşduqları barədə hansısa məlumata rast gəlməmişəm. Əksinə, Rusiya ordusunda Ukraynaya qarşı təcavüzdə iştirak edən çoxsaylı erməni var. Rusiya mediasında Marqarita Simonyan, onun əri Keasoyan, Baqdasarov, Kurginyan və digərləri Kremlin əsas təbliğat ruporları hesab olunur. Gecə-gündüz Ukrayna hakimiyyətinə qarşı propoqanda ilə məşğuldular. Ukrayna birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Özü də təkcə sözdə yox, həm də əməldə. Çünki separatçılığın necə böyük bəla olduğunu yaxşı bilirlər. Bununla yanaşı, Ukrayna İkinci Qarabağ müharibəsinin hərbi tərəflərini öyrənir. Xüsusən də döyüşdə PUA-ların tətbiqi bu baxımdan Ukrayna hərbçiləri üçün daha çox maraqlıdır. Bir sözlə, hər kəs ermənilərin kim olduğunu yaxşı bilir. Ermənilərdən fərqli olaraq, orada yaşayan azərbaycanlılar birmənalı olaraq Ukrayna dövlətinin yanındadılar. Bu baxımdan erməni tərəfinin iddiaları reallığı əks etdirmir”.