Erməni icması Gürcüstanda azərbaycanlılara qarşı təxribat törədir
Azərbaycana qarşı təxribatlar törədən Ermənistan bütövlükdə mövcud olduğu region üçün təhlükə mənbəyi olaraq qalmağa davam edir. Erməni millətçiləri öz məkrli niyyətlərini həyata keçirməkdən ötrü müxtəlif ölkələrdə davamlı olaraq Azərbaycana qarşı təxribat xarakterli aksiyalar həyata keçirirlər. Bu baxımdan Ermənistanın news.am adlı informasiya agentliyinin yayımladığı xəbərə əsasən, 2022-ci ilin sentyabrın 18-də Gürcüstanda yaşayan erməni icmasının Tbilisidə azərbaycanlılara qarşı təxribat xarakterli aksiya keçirmək cəhdini sübut olaraq göstərmək olar. Həmin vaxt gürcü polisləri erməni icmasının Tbilisidəki təxribat xarakterli aksiyasının qarşısını müvəffəqiyyətlə almağa nail olub. Təxribat xarakterli aksiyanı həyata keçirmək üçün erməni icması aksiya yürüyüşünü Avlabar metrosunun yaxınlığından başlayaraq Azərbaycan səfirliyində bitirməyi planlaşdırıblar. “Gürcüstanın erməni icması” adlı qeyri-hökumət təşkilatının rəhbəri Artur Mirzoyan həmin vaxt erməni millətçilərini Gürcüstanın Xarici İşlər Nazirliyinin binasına yönəltməyə çalışıb. A.Mirzoyan belə bir addımına bəraət qazandıraraq guya bu cür “erməni icmasının təxribatının qarşısını almağa çalışdığını” qeyd edib. Lakin A.Mirzoyan özündən uydurduğu yalanla gürcü polislərini aldada bilməyib. A.Mirzoyan və ona dəstək verən digər erməni təxribatçıları gürcü polisləri tərəfindən saxlanılıb [1].
Görünən odur ki, Gürcüstanın erməni icması günü bu gün də Azərbaycana, eləcə də də Gürcüstana qarşı təxribatlar törətməyə davam edirlər. Erməni millətçiləri yaşadıqları hər bir yerin onlara aid olduğunu zənn edirlər. Erməni icmaları müxtəlif ölkələrdə təşkilat şəklində fəaliyyət göstərərək Ermənistanın təcavüzkar siyasətinə xidmət edirlər. Erməni millətçilərinin çətinə düşən zaman özlərini bütün dünyaya “günahsız mələk” kimi, “yeri, mülkü və torpağı zəbt olunmuş məzlum” kimi təqdim etmələrinə baxmayaraq onların necə qəddar, hiyləgər və təcavüzkar olduqları əslində məlum bir məsələdir. Erməni separatçılarının məqsədi yaşadıqları hər qarış torpağı və ətraf əraziləri erməniləşdirməkdir. Erməni millətçiləri həm də onlara aid olmayan milli mədəni sərvətin oğrusudurlar. Erməni millətçilərinin sağlam olmayan düşüncəsinə görə, azərbaycanlıların və gürcülərin milli mədəni sərvəti və hər bir yeniliyi “onlara aiddir”. Qeyd etmək lazımdır ki, erməni millətçiləri Qarabağdakı tarixi alban abidələrinə dair əsassız iddialar irəli sürərək onları mənimsəməyə cəhd ediblər. Həmçinin, Gürcüstanın Samtsxe-Cavaxeti, Acarıstan, Kvemo-Kartli (Borçalı) və s. yerlərində məskunlaşan erməni icması da sözügedən yerlərin tarixi abidələrini öz adlarına çıxarmağa cəhd edib. Lakin erməni vandallarının real tarixi saxtalaşdırmaq cəhdlərinə baxmayaraq fakt yenə öz faktlığında qalır.
Qeyd etmək lazımdır ki, erməni icmasının sentyabrın 18-də Tbilisidə təxribat xarakterli aksiya keçirməyə cəhd edərək oradakı Azərbaycan səfirliyinə daxil olmaq cəhdi heç də təsadüfi bir hadisə hesab oluna bilməz. Belə ki, erməni vandalları Azərbaycanın digər ölkələrdə olan səfirliklərinə də məqsədyönlü şəkildə hücumlar edirlər. Sentyabrın 18-də erməni vandalları Azərbaycanın Fransadakı səfirliyinə hücuma keçərək təxribat törədiblər. Erməni quldurları Fransadakı Azərbaycan səfirliyinin qarşısında olan dəmir baryerləri aşaraq binanın giriş qapısını sındıraraq içəri daxil olmağa cəhd ediblər [2]. Bundan bir neçə gün əvvəl sentyabrın 15-də erməni icmasının üzvləri Azərbaycanın ABŞ-da olan səfirliyinin qarşısında “etiraz aksiyası”nı həyata keçirməyə çalışıblar. Hadisə zamanı erməni millətçilərinin təxribatına cavab olaraq, Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Ermənistanın işğalçı, təcavüzkar dövlət olmasını sübuta yetirən plakatlar sərgilənib. Erməni vandallarının həmin vaxt səsləndirdiyi əsassız şüarların qarşısı isə səfirlik tərəfindən quraşdırılan həyəcan siqnalı vasitəsi ilə alınıb. Nəticədə heç bir istəyinə nail ola bilmədiyini görən erməni millətçiləri hadisə yerini tərk ediblər [3]. Qeyd edək ki, erməni vandalları bundan xeyli əvvəl 2012-ci ilin fevralında da Polşadakı Azərbaycan səfirliyinin qarşısında piket keçirməyə cəhd etmişdilər. Lakin o dəfə də erməni vandallarının təxribatı uğursuzluğa düçar olmuşdu. Həmin vaxt Heydər Əliyev Fondunun təşəbbüsü sayəsində Xocalı soyqırımına dair həqiqətlər polyak dilində əyani şəkildə Polşadakı Azərbaycan səfirliyinin qarşısında sərgilənmişdi [4].
Erməni təxribatçılarının dünyanın müxtəlif yerlərdə Azərbaycana qarşı yönəlmiş “etiraz aksiyaları”na baxmayaraq sözügedən aksiyalar İkinci Qarabağ müharibəsinin nəticəsini dəyişməyə qadir deyil. Bu gün Ermənistanın necə işğalçı bir dövlət olması, erməni vandalizmi hərtərəfli şəkildə göz qabağındadır. Fəxrlə demək olar ki, Azərbaycanın zəngin tarixi mədəniyyəti bütün dünyada nümayiş olunur və bu istiqamətdə dövlət səviyyəsində müvafiq tədbirlər görülür. Bu baxımdan Heydər Əliyev Fondunun uğurlu fəaliyyətini qeyd etmək olar.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin də vurğuladığı kimi, İkinci Qarabağ müharibəsi kimin kim olduğunu göstərdi. Azərbaycan vətən uğrunda canından keçən qəhrəman oğullarının - şəhidlərin hesabına Ermənistan üzərində böyük qələbəyə nail oldu. Bu ədalətin uğrunda gedən mübarizə idi və ədalət nəhayət ki öz yerini tapdı. Beləliklə də şanlı Azərbaycan Ordusu erməni faşizmini darmadağın etdi.

İstifadə olunmuş mənbələr:
1. Полиция не позволила армянам провести акцию протеста у посольства Азербайджана в Тбилиси /19.09.2022/ https://news.am/rus/news/720957.html
2. Армяне напали на посольство Азербайджана во Франции /18.09.2022/ https://report.az/ru/drugie-strany/armyane-napali-na-posolstvo-azerbajdzhana-vo-francii/
3. ABŞ-dakı ermənilərin Azərbaycan səfirliyinin qarşısında aksiya keçirmək cəhdi uğursuzluqla nəticələnib /16.09.2022/ https://azertag.az/xeber/Ermeni_dasnaklari_Azerbaycanin_ABS_daki_sefirliyi_qarsisinda_produktiv_vaxt_kechiribler-2293859
4. Azərbaycanın Polşadakı səfirliyi erməni piketinin qarşısını alıb /28.02.2012/ https://az.trend.az/azerbaijan/politics/1997891.html
Kamal Salayev
AMEA Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi


 

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!
17 Aprel 2025 Anar Əlizadəyə Serbiya pasportunu kim və niyə verdi: Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir - SENSASİYA
17 Aprel 2025 Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi
17 Aprel 2025 Paşinyanın Çingiz xan travması - Parlamentdə Monqol xaqanının adını buna görə çəkibmiş…
16 Aprel 2025 İran ABŞ-la danışıqlara hazırdır – “Uran zənginləşdirmə prinsipindən geri dönməyəcəyik”
16 Aprel 2025 Narazı ermənilər küçələrə çıxdılar: “Qarabağ klanı” Paşinyanı devirmək istəyində
16 Aprel 2025 İranın parçalanması planında inanılmaz detal – Hədəf başqadır
16 Aprel 2025 Putindən Paşinyana qarşı ŞOK HƏMLƏ
15 Aprel 2025 Bu ölkədən Suriyaya BÖYÜK DƏSTƏK - 15 milyard dollarlıq borcunu bağlayacaq
15 Aprel 2025 Lavrov bu iki ölkə liderinə xəbərdarlıq etdi
15 Aprel 2025 HƏMAS İsraillə danışıqları davam etdirmək üçün Qətərə nümayəndə heyəti göndərib
15 Aprel 2025 Məhkəmədən İmamoğlu ilə bağlı qərar
15 Aprel 2025 Aİ Qələbə Paradına qatılacaq ölkələrə xəbərdarlıq etdi
15 Aprel 2025 Dünyanın ən bahalı şəhərləri açıqlanıb

Dünyapress TV

Xəbər lenti